Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

buzlaşmalararası dövrlər

Yerin geoloji tarixində buzlaşma dövrləri arasında qalan zaman intervalları.

Bu intervallar iqlimin istiləşməsi, mülayim qurşaqların buzlarının əriməsi, yeni süxurların formalaşması, florafaunanın inkişafı ilə səciyyələnir. Yerin geoloji tarixinin son mərhələsində – Dördüncü dövrdə buzlaşma və buzlaqlararası epoxalar əvvəlkilərə nisbətən yaxşı öyrənilib. Araşdırmalar göstərir ki, bu mərhələdə B.D. get-gedə qısalıb: 100 min il – 44 min il – 23 min il – 19 min il. Sonuncu B.D. təxminən 15-12 min il bundan əvvəl başlanıb.

See also:

Coğrafiya terminləri lüğəti