Yer qabığının ən cavan süxurların – “dördüncü süxurlar”ın adından
Yerin geoloji inkişaf tarixində ən müasir dövr – Kaynozoy erasının üçüncü dövrü.
Təxminən 2,58 mln. il bundan əvvəl başlanıb. Yerin indiki relyef formalarının bir çoxu məhz bu dövrdə yaranıb. D.D. iki epoxaya bölünür: Pleystosen və Holosen. Bu dövrün ilk epoxası – Pleystosen təxminən 12-11 min il əvvəl bitib. Pleystosenin ən mühüm hadisələri böyük buzlaşma və insanın yaranmasıdır. Həmin vaxtdan başlayan, bu gün də davam edən Holosen isə Yer iqliminin nisbətən sabitləşməsi və sivilizasiyanın formalaşması ilə əlamətdardır. Məhz buna görə D.D.-ə həm də Antropogen deyilir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiKaynozoy erasının Dördüncü dövründə (və ya Antropogendə) Şimal və Cənub yarımkürələrinin materiklərində ardıcıl surətdə istiləşmə dövrləri ilə arası kəsilən böyük buzlaşma mərhələləri.
Elmi ədəbiyyatda D.D.B.-na Pleystosen buzlaşması da deyilir. Sonuncu buzlaşma mərhələsi 15-12 min il bundan əvvəl qurtarıb. Alman coğrafiyaşünasları Albrext Penk və Eduard Brüknerin geniş yayılmış təsnifatında Alp dağlarında dörd D.D.B. və üç buzlaşmalararası istiləşmə epoxaları ayrılır. Birinci və ən qədim buzlaşma Güns, ikinci buzlaşma Mindel, üçüncü buzlaşma Riss və sonuncu buzlaşma Vürm adlanır. Buzlaşma epoxalarının adları Dunay çayının Alp dağlarından axan qollarının adlarından götürülüb. Buzlaşmalararası istiləşmə epoxalarına isə müvafiq olaraq Güns-Mindel, Mindel-Riss, Riss-Vürm adları verilib.
Coğrafiya terminləri lüğətiKaynozoy erasının Dördüncü dövrünə aid dağ süxurları sistemi.
Bu sistemə daxil olan çökmə süxurlar Yer qabığının ən cavan süxurlarıdır. D.D.S.-ni ilk dəfə 1759-cu ildə italyan alimi Ciovanni Arduino fərqləndirib. O, dağ süxurlarını qədimliklərinə görə Paleozoy, Mezozoy və Kaynozoy (ilk dövrləri) eralarına uyğun olaraq birinci, ikinci və üçüncü süxurlar adlandırıb, ən cavan çökmə süxurlara isə “dördüncü süxurlar” adı verməyi təklif edib.
Coğrafiya terminləri lüğətiGeologiyada eraların bölündüyü geoxronoloji vaxt vahidi.
Müasir dövrümüzə qədər davam edən ikinci geoloji eonun – Fanerozoyun üç erası 12 D.-ə bölünür: Dördüncü, Neogen və Paleogen (Kaynozoy erası); Təbaşir, Yura və Trias (Mezozoy erası); Perm, Karbon, Devon, Silur, Ordovik və Kembri (Paleozoy erası). Lakin Kembriyəqədərki birinci eonun (Kriptozoy) D. bölgüsündə elmdə vahid mövqe yoxdur. Beynəlxalq Stratiqrafiya Komissiyasının 2013-cü ildə tərtib etdiyi geoloji vaxt xəritəsində bu eonun yalnız son mərhələsində (Proterozoy) 10 D. ayrılır, digər mərhələlərin isə D. bölgüsü verilmir.
Coğrafiya terminləri lüğətiSu basmış torpaqların, həmçinin qrunt sularının səthə çıxdığı sahələrin təbii və ya süni yollarla qurudulması üsulları.
D. quyular qazmaqla (şaquli D.), kanallar, arxlar, borular çəkməklə (üfüqi D.), habelə bəndlər, şlüzlər tikməklə (hidrotexniki D.) həyata keçirilir.
Coğrafiya terminləri lüğətiholl. drijven – qovmaq, üzmək
1. Küləyin, su cərəyanının təsiri ilə gəminin öz hərəkət istiqamətindən müəyyən dərəcədə yayınması. □ Dreyf bucağı.
2. Gəminin, buz parçasının və s.-nin hava, su axını istiqamətində yavaş hərəkəti. □ Qumların dreyfi. Aysberqin dreyfi.
3. Materiklərin uzun geoloji dövr ərzində bir-birinə, yaxud qütblərə nisbətən üfüqi yerdəyişməsi. □ Materik dreyfi.
4. Yelkənlərin xüsusi bucaq altında qaldırılması nəticəsində qayığın suda tərpənməz tarazlıq vəziyyəti. □ Dreyfdə dayanmaq. Dreyfə yatmaq.
Coğrafiya terminləri lüğətiOkean və dənizlərdə daimi küləklərin su səthinə təsiri nəticəsində yaranan cərəyan.
Dünya okeanı sularının sirkulyasiyasında D.C.-ları mühüm rol oynayır. Belə cərəyanlar ildən-ilə öz istiqamətini və orta sürətini saxlayır. D.C.-na misal olaraq passat küləklərinin təsiri ilə yaranan passat cərəyanlarını, 40-550 c.e. dairələri arasında hakim qərb küləklərinin təsiri altında dövran edən Qərb küləkləri cərəyanını göstərmək olar.
Coğrafiya terminləri lüğətiirl. droumlin – yüksəklik
Qədim buzlaşma sahələrində moren çöküntüləri ilə örtülmüş uzunsov, yaxud ellips formasında təpə.
D.-in hündürlüyü 5-50 metr, uzunluğu bir neçə yüz metrdən 2,5 km-ə qədər və daha çox, eni 150-400 metr olur. D.-lər, adətən, buzlaşma sahəsinin kənar (yan) hissəsində əmələ gəlir və buzlağın hərəkət istiqamətində uzanır. Onların yaranma səbəblərinə dair müxtəlif fərziyyələr var. D. landşaftı Şərqi Avropanın şimalında, Finlandiya və Kanadada geniş yayılıb.
Coğrafiya terminləri lüğətiAtmosferin Yer səthinə yaxın qatında mikroskopik su damcılarının toplanması ilə əlaqədar havanın qeyri-şəffaf vəziyyəti.
D. buxarın kondensasiyası və ya sublimasiya nəticəsində yaranır. Belə havada üfüqi görünüş məsafəsi 1 km-ə qədər olur. D. damcılarının orta ölçüsü 0,02 mm-ə çatır. İri sənaye mərkəzlərində bacalardan çıxan his, tüstü və avtomobillərin işlənmiş qazları D.-la birləşib smoq əmələ gətirir. D. bütün nəqliyyat növlərinin normal işinə mane olur.
Coğrafiya terminləri lüğətiDuzların tərkibinin süxurlarda, torpaqda, su hövzələrində kimyəvi çevrilmələrə uğramasının dinamikası.
Bu dinamikaya iqlim dəyişmələri, mövsümi yağışlar və s. təsir göstərir. Sahillərin eroziyası, torpağın çirkləndirilməsi, yaxud aqrotexniki qaydalara uyğun olmadan istifadəsi də D.R.-nin pozulması ilə nəticələnir. D.R. ən mühüm ekoloji faktorlar sırasına daxildir.
Coğrafiya terminləri lüğətiBütün Yer kürəsində yaşayan əhali.
2014-cü ildə D.Ə.-nin sayı 7 milyard adamdan çox olub. Planetin ümumi əhalisinin 60%-i (4,2 milyard) Asiyada, 15,8%-i (1,1 milyard) Afrikada, 10%-i (700 milyon) Avropada, 7%-dən çoxu (500 milyon) Şimali Amerikada yaşayır. Dünyada əhalinin sayına görə ilk beş yerdə Çin, Hindistan, ABŞ, İndoneziya və Braziliya durur. BMT-nin məlumatına görə, 1994-2014-cü illərdə D.Ə. xeyli yaşlaşıb: bu müddətdə 60 yaşdan çox insanların sayı iki dəfə artıb və 5 yaşına qədər olan uşaqların sayını ötüb.
Coğrafiya terminləri lüğətiyun. okeanos – ucsuz-bucaqsız dəniz
Hidrosferin əsas hissəsi olan bütün dəniz və okeanların cəmi.
D.O.-nın sahəsi Yer səthinin 71%-ni təşkil edir (təxminən 361 mln. km2). Onun orta dərinliyi 3795 m, maksimal dərinliyi 11.022 m (Marian çökəkliyi, Sakit okean), su həcmi 1370 mln. km3, suyunun orta duzluluğu 35‰-dir. Ən duzlu okean Atlantik okeanıdır. D.O. Sakit, Atlantik, Hind və Şimal Buzlu okeanlarına bölünür.
Coğrafiya terminləri lüğəti