Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

fotoplan

yun. photos – işıq + lat. planum – müstəvi

Yer səthinin kartoqrafik məqsədlər üçün hazırlanmış dəqiq fotoqrafik planı.

F. xüsusi cihazlarda üfüqi vəziyyətə və eyni miqyasa salınmış fotoşəkilləri deformasiya olunmayan lövhə üzərinə yerləşdirməklə hazırlanır.

See also:

Coğrafiya terminləri lüğəti

fototopoqrafiya

yun. photos – işıq + yun. topos – yer + yun. grapho – yazıram

Geodeziya elminin xüsusi qaydalar üzrə işlənmiş fotoşəkillər əsasında topoqrafik xəritələr hazırlamaqla məşğul olan sahəsi.

F.-da, əsasən, havadan çəkilmiş aerokosmik şəkillərdən istifadə olunur.

Coğrafiya terminləri lüğəti

friqana

yun. phryganon – çör-çöp

Quraq iqlim şəraitində parçalanmış dağ yamaclarında bitən, alçaqboylu, adətən, həmişəyaşıl kserofit kol və yarımkollar.

Bu bitki qrupuna xoşətirli bir çox kollar (lavanda, rozmarin, yovşan), qaratikan, ardıc, yulğun və s. daxildir. F. subtropik iqlim qurşağının Aralıq dənizi tipinin hakim olduğu ərazilərdə üstünlük təşkil edir və Balkan, Kiçik Asiya, Krım yarımadalarında, Kipr, Siciliya adalarında geniş yayılıb. Azərbaycanda F.-ya Naxçıvan, Qobustan, Acınohur və Ceyrançöldə, qeyri-münbit torpaqlara malik daşlı dağ yamaclarında daha çox rast gəlinir.

Coğrafiya terminləri lüğəti

fumarol

it. fumarola < lat. fumo – tüstü

Vulkanın kraterində və yamaclarında yerin altından qaz sızan çatlar, deşiklər.

F. daha çox vulkanların püskürmə mərhələsindən sönmə mərhələsinə keçid dövrü üçün səciyyəvidir.

See also:

Coğrafiya terminləri lüğəti

flüorit

lat. fluor – axın

Kubik sinqoniyada kristallaşaraq, adətən, kub, oktaedr formalı kristallar, druz, dənəli aqreqatlar əmələ gətirən mineral.

Ağ, sarı, yaşıl, bənövşəyi və s. rənglərdə olur. Metallurgiyada, kimya sənayesində, optikada və s. işlədilir.

Coğrafiya terminləri lüğəti

floqopit

yun. phlogopos – odlu, parlaq; rəngi ilə əlaqədar

Mikalar qrupundan monoklinik sinqoniyamineral.

Lövhəli, prizmatik və s. kristallar, pulcuqlu aqreqatlar əmələ gətirir. Rəngsiz, qonur, yaşıl, qara olur. Aşınma nəticəsində vermikulitə çevrilir. Əsasən, maqneziumlu skarnlarda, karbonatitlərdə, qələvi ultraəsasi süxurlarda rast gəlir.

Coğrafiya terminləri lüğəti

falers

Misin mürəkkəb sulfidlərindən ibarət minerallar qrupu.

Tennantit-tetraedrit izomorf sırasından ibarətdir. Kubik sinqoniyada kristallaşır. Tetraedr formalı kristallar, ayrı-ayrı dənələr, dənəli aqreqatlar əmələ gətirir. Rəngi poladı-bozdan dəmiri-qarayədək olur. Hidrotermal mənşəlidir. Mis filizidir.

See also:

Coğrafiya terminləri lüğəti

fayalit

ilk dəfə tapıldığı Fayal adasının adından

Olivin qrupundan mineral; forsterit-fayalit izomorf sırasının son üzvü.

Turşəsasi maqmatik süxurlarda, metamorfizmləşmiş dəmirli çöküntülərdə, peqmatitlərdə tapılır.

Coğrafiya terminləri lüğəti