Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

fön

alm. föhn – isti külək

Dağlıq ərazilərdə dağ yamacları ilə dərə arasında təzyiq fərqindən yaranan güclü, isti və quru külək.

Hava yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə tərəf hərəkət edir, yamac üzrə qalxdıqca temperaturu orta hesabla hər 100 m-də 0,5°C aşağı düşür. F., adətən, ilin soyuq dövründə qəflətən əsir, bir gün, nadir hallarda bir neçə gün davam edir. Bu külək Azərbaycanda Böyük və Kiçik Qafqaz dağları, Naxçıvan əraziləri üçün daha səciyyəvidir.

Coğrafiya terminləri lüğəti