Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

kənar dəniz

Materikin sahilində yerləşən, okeana çıxışı olan dəniz.

Oxot, Laptevlər, Karib, Norveç, Ərəbistan, Yapon dənizləri və s. K.D.-lərdir.

Coğrafiya terminləri lüğəti

Kimmeri qırışıqlığı

Qara dəniz sahillərində qədim kimmeri tayfasının adından

Mezozoy erasında, başlıca olaraq Trias dövrünün sonunda və Yura dövründə dağəmələgəlmə mərhələsi.

K.Q. Krımın, Qafqazın bəzi rayonlarının, Şərqi Asiyanın (Çukot vilayəti, Çin və Hindistanın, Baykal ətrafının müəyyən sahələrinin), Şimali Amerikanın (qismən Alyaska, Kordilyer dağları) strukturunun formalaşmasında mühüm rol oynayıb.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

kimyəvi aşınma

Geologiyada: axar suların, dalğaların, buzlaqların təsiri altında süxurların əriməsi, suda həll olaraq dağılması.

K.A.-ya, əsasən, yumşaq süxurlar, məsələn, əhəngdaşları məruz qalırlar. Karst – K.A.-nın formalarından biridir.

Coğrafiya terminləri lüğəti

klif

ing. cliff – uçurum

Su axınlarının, dalğaların təsiri, bəzən tektonik hərəkətlər nəticəsində sahil xəttində yaranmış yarğan.

K., adətən, abraziya prosesində formalaşır, hündür, dik qayalar şəklində olur.

Coğrafiya terminləri lüğəti