lat. corrosio – yeyilmə, korlanma, xarabolma
1. Suların kimyəvi təsiri ilə süxurların dağılması, həll olması.
K. nəticəsində süxurlarda çatlar, mağaralar və b. müxtəlif boşluqlar əmələ gəlir. K. asan həll olan süxurlarda (gips, daşduz, əhəngdaşı və s.) daha aydın nəzərə çarpır.
2. Maqmanın kristallaşmanın ilk mərhələsində əmələ gəlmiş kristal püruzlarını və ya ətraf süxur qırıntılarını əritməsi, həll etməsi.
Coğrafiya terminləri lüğətiTərkibində müxtəlif qatışıqlar olan triqonal sinqoniyalı mineral.
Skalenoedr, vərəqəli, prizma və romboedr formalı kristallar, sıx dənəli, torpaqvarı aqreqatlar, həmçinin druzlar, qabıqlar, stalaktitlər əmələ gətirir. Rəngsiz, ağ, sarı, çəhrayı, qəhvəyi, qonur, qara və s. olur. K. hidrotermal, biokimyəvi və metamorfik mənşəli olur.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiƏsasən kvars dənələrindən ibarət sıx metamorfik süxur.
Kvarslı qumdaşıların və bəzi maqmatik süxurların (məsələn, porfirlərin) metamorfizmləşməsi zamanı əmələ gəlir. Tərkibində kvarsdan əlavə başqa minerallar da iştirak edir. Tərkibindəki mineraldan asılı olaraq müxtəlif növləri var: mikalı K., xloritli K., qranatlı K., hornblendli K., çölşpatlı K. və s.
Coğrafiya terminləri lüğətiyun. krystallos – buz, dağ bülluru
Elementar hissəciklərin (atom, ion, molekul) qanunauyğun fəza qəfəsi düyünləri şəklində yerləşməsi ilə səciyyələnən bərk cisimlər.
K.-ın ölçüsü bir neçə anqstremdən (10-8 sm) bir neçə metrə çatır; məsələn, ABŞ-ın Olbani yatağında (Men ştatı) tapılmış nəhəng beril K.-ının uzunluğu 5 m, eni 1,5 m, çəkisi isə 16 tondur. Dünyada ən iri almaz K. “Kullinan”ın ilk çəkisi 3025,75 karat, yəni 605,15 qram olmuşdur.
Coğrafiya terminləri lüğətiKarbonat turşusunun H2CO3 duzları.
Tərkibindən asılı olaraq 3 növə ayrılır: normal K., turş K. və əsasi K. Normal K.-dan suda ancaq ammonium, tallium və qələvi metalların K.-ı həll olur. Onların məhlulları qələvi reaksiyalıdır. Normal K. təbiətdə geniş yayılmış mineral qruplarından birini təşkil edir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. kinnabari
Sulfidlər sinfinə aid triqonal sinqoniyalı mineral.
Romboedr formalı kristallar, kristallik dənəli və ya tozvarı kütlələr əmələ gətirir. Rəngi qırmızı, bəzən göyümtül-boz çalarlı qırmızı olur. Almaz parıltılıdır. Hidrotermal yataqlarda kvars, kalsit, barit və s. minerallarla bir yerdə əmələ gəlir.
Coğrafiya terminləri lüğəti