Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

mirabilit

lat. mirabilis – fövqəladə, qəribə; alman kimyaçısı İ.R.Qlauber adlandırmışdır

Sulfatlar sinfinə aid monoklinik sinqoniyamineral; qlauber duzu.

Qısa, prizmaşəkilli, iynəvarı və s. kristallar, dənəli və tozvarı aqreqatlar, xırda kristallik qabıqlar əmələ gətirir.

Coğrafiya terminləri lüğəti

molass

lat. mollis – yumşaq

Terrigen süxurlardan (gil, qumdaşıkonqlomeratlar), bəzən əhəngdaşımergellərdən ibarət qalın (bir neçə min m-dək) çökmə süxur kompleksi.

Geosinklinal sistemlərin qırışıqdağəmələgəlmə mərhələlərində ön dağarası çökəkliklərdə əmələ gəlir.

Coğrafiya terminləri lüğəti

molibdenit

Sulfidlər sinfinə aid heksaqonal sinqoniyamineral.

Pulcuqlu, vərəqəli və s. formalı aqreqatlar, nadir hallarda prizmatik kristallar əmələ gətirir. Rəngi qurğuşunu-boz olur. Metal parıltılıdır. Hidrotermal yataqlarda kvars damarlarında və peqmatitlərdə rast gəlir.

Coğrafiya terminləri lüğəti

monazit

yun. monazo – tək oluram, tək yaşayıram

Monoklinik sinqoniyada kristallaşaraq pazvarı, izometrik kristallar, dənəli kütlələr və s. əmələ gətirən mineral.

Rəngi sarımtıl və sarımtıl-yaşıldan qəhvəyiyə, qonur-qırmızıyadək dəyişir. Adətən, radioaktivdir.

Coğrafiya terminləri lüğəti

monsonit

İtaliyada dağ adından

Eyni miqdar kaliumlu-natriumlu çölşpatlarından (əsasən ortoklaz), piroksendən (labradorandezin) və rəngli minerallardan (augit, amfibol, biotit) ibarət kristallik maqmatik süxur.

M. sıx iridənəli süxurdur. Tikinti daşı kimi işlədilir.

Coğrafiya terminləri lüğəti

montmorillonit

Fransada yer adından

Sıx gilli kütlələr, nadir hallarda elektron mikroskopu altında görünən monoklinik kristallar əmələ gətirən gilli mineral.

Rəngi ağ, çəhrayıya və boz göyə çalarlı, həmçinin qonur, qırmızı, yaşılımtıl olur.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

möhtəvi

Mineralın böyümə zamanı götürdüyü bərk, maye və qaz halında olan kənar kütlə.

Mineral kristalının daxilində yerləşir.

Coğrafiya terminləri lüğəti

metasomatizm

yun. meta – arasında, sonra, vasitəsilə + yun. soma – kütlə

Yüksək kimyəvi aqressivli məhlulun təsiri ilə süxurda bir və ya bir neçə mineralın başqaları ilə əvəz olunması.

M.-də köhnə mineralların həll olması yeni mineralların yaranması ilə eyni vaxtda baş verdiyindən süxur bütün proses ərzində bərk halını və həcmini dəyişmir. M. nəticəsində metasomatitlər, metasomatik süxurlar (skarnlar, qreyzenlər, karbonatitlər, propilitlər və s.) əmələ gəlir.

Coğrafiya terminləri lüğəti

metasomatik yataqlar

Metasomatizm nəticəsində əmələ gəlmiş yataqlar.

Əmələ gəlmə temperaturuna görə yüksək, orta və alçaq temperaturlu yataqlara ayrılır. Yüksək temperaturlu yataqlara qara, əlvan və nadir metal filizlərinin skarnqreyzen yataqları, orta temperaturluya polimetal filizlərin hidrotermal yataqları, alçaq temperaturluya isə uran və misin infiltrasion yataqları daxildir. M.Y., əsasən, karbonat (əhəngdaşı, dolomit) və silikat süxurlarda əmələ gəlir.

Coğrafiya terminləri lüğəti