yun. ozon – iyli + yun. metron – ölçü
Atmosferdə ozonun miqdarını ölçən cihaz.
O.-in iş prinsipi atmosfer təbəqəsindən keçərkən ozonun zəiflətdiyi günəş və ya ay işığının intensivliyinin spektrin ultrabənövşəyi zolağında ölçülməsinə əsaslanır. Ozonun miqdarı cihaza çatan zəifləmiş işığın intensivliyinə görə təyin edilir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. ozon – iyli + yun. sphaira – şar
Yerdə həyatı yüksək enerjili ultrabənövşəyi günəş radiasiyasından qoruyan ozon molekullarının sıx olduqları atmosfer qatı.
O. stratosfer təbəqəsinin 12-50 km hündürlüyündə yerləşir. Tropik enliklərdə qalınlığı 25-30 km, mülayim enliklərdə 20-25 km, qütb enliklərində isə 15-20 km arasında dəyişir. Ozon qatının kəşfi XX əsrin əvvəllərində fransız fizikləri Şarl Fabri və Anri Buissonun adı ilə bağlıdır. O. canlı orqanizmlərin həyatı üçün böyük təhlükə törədən yüksək miqdarda ultrabənövşəyi şüaları intensiv udur və təbəqədə temperaturun yüksəlməsinə səbəb olur. Buna görə də O.-i Yerin “qoruyucu örtüyü” adlandırırlar. Sənayenin yüksək inkişafı ilə əlaqədar ozon qatının nazikləşməsi problemi bəşəriyyəti narahat edən məsələlərdən biridir.
Coğrafiya terminləri lüğətiyun. orthos – düz + yun. klasis – qırma, qırılma, sındırılma, parçalanma
Çölşpatları qrupundan süxur əmələ gətirən mineral.
Monoklinik sinqoniyada kristallaşır. Prizma formalı kristallar, ikiləşmələr əmələ gətirir. Rəngi açıq-çəhrayı, qonur-sarı, bəzən qırmızı olur.
Coğrafiya terminləri lüğətiyun. ophis – ilan + yun. lithos – daş
Tərkibi geniş diapazonda (diabaz-porfirit və spilitlərdən kvarslı keratofirlədərək və peridotitlər və serpentinitlərdən dioritlərə və kvarslı dioritlərədək) dəyişən effuziv və intruziv süxur assosiasiyalarını göstərən termin.
Adətən geosinklinal sistemlərin yaranmasının və inkişafının başlanğıc mərhələlərinin maqmatizm təzahürlərini əks etdirir. “O.” anlayışını ilk dəfə 1905-ci ildə İsveçrə alimi Q.Şteynman işlətmişdir.
Coğrafiya terminləri lüğətiyun. oon – yumurta + yun. lithos – daş
Dəmir, manqan, alüminium oksidləri və silikatlarından, kalsit, dolomit və s. minerallardan ibarət kürə və ellipsoid formalı çökmə süxur törəməsi.
Konsentrik qatlı və bəzən radial-şüalı quruluşlu olur. Ölçüsü bir neçə mkm-dən 15-25 mm-ə çatır. O.-in mərkəzində mineral və üzvi qalıqların qırıntıları, yaxud qaz qabarcıqları olur. Dəmirli O. dəmir filizinin bir növüdür.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiFransada yer adından
Uran mikaları qrupundan mineral.
Tetraqonal sinqoniyada kristallaşır. Lövhəcik, mikayabənzər, kvadrat formalı kristallar əmələ gətirir. Pulcuqlu aqreqatları da rast gəlir. Rəngi limonu-sarı, kükürdü-sarı, nadir hallarda yaşılımtıl olur. Kəskin radioaktivdir. Uran filizidir.
Coğrafiya terminləri lüğətiyun. ozo – qoxuyuram + yun. keros – mum
Naftidlər (bitumlar) qrupuna aid mineral.
Tərkibindəki yağlı və qatranlı maddələrin miqdarından asılı olaraq rəngi açıq-sarıdan qarayadək, konsistensiyası yumşaqdan bərkə, bəzən kövrəyədək dəyişir. Neft qoxusu verir. Ətriyyat, lak və boya sənayesində, yaxma və kosmetik yağların hazırlanmasında, tibdə istifadə olunur.
Coğrafiya terminləri lüğətisanskr. upala – qiymətli daş
Təbəqəli, məsaməli, axın formalı aqreqatlar əmələ gətirən mineral.
Ağ, sarı, qonur və s. rənglərdə olur. Növləri: hidrofan O. (tutqun, məsaməli), nəcib O. (şəffaf), südlü O. (südü-ağ) və s. Silikatların dağılmasından əmələ gəlir. O. bəzi orqanizmlərin skeletini təşkil edir. Nəcib O. qiymətli bəzək daşıdır.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiKimyəvi elementlərin oksigenlə birləşməsi.
Kimyəvi xassələrinə görə duz əmələ gətirənlərə və duz əmələ gətirməyənlərə ayrılır. Bir sıra O. təbiətdə tapılır; məs.: su H2O, karbon qazı CO2, süxurların əsas tərkib hissəsi olan silisium 4-oksid SiO2 və s. Bəzi təbii O. metal almaq üçün xammaldır.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti