Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

prefektura

lat. preafectura – rəhbərlik edən

1. Bir sıra ölkələrdə inzibati ərazi vahidi; məs.: Yaponiyada.

2. Bəzi dövlətlərdə rayonun, digər inzibati ərazi vahidinin idarəçilik orqanı; məs.: Fransada.

Coğrafiya terminləri lüğəti

preri

lat. pratum – çəmən

Şimali Amerikada böyük çöl, düzənlik ərazi.

P. 35˚ şm.e.-dən 54˚ şm.e.-yə qədər ABŞ və Kanadanın orta qərbində nəhəng sahəni əhatə edir, şərqdə qarışıq meşələrlə, qərbdə qayalıq dağlarla haşiyələnir. Tarixən P.-də kontinental iqlim şəraitində zəngin kserofit ot bitkiləri və çox böyük bizon sürüləri olub. Burada qara torpaqlar geniş yayılıb. Avropalılar Şimali Amerikaya köç etdikdən sonra P. tədricən mühüm taxılçılıq zonasına çevrilib. Burada qarğıdalı və pambıq da əkilir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

Proterozoy

yun. proteros – ən erkən + yun. zoe – həyat

Yerin geoloji tarixində ən qədim Kriptozoy eonunun son mərhələsi.

P. 2,5-2,6 mlrd. il əvvəl başlayıb və təxminən 2 mlrd. il davam edib. P.-un ümumi qəbul edilmiş dövr bölgüsü yoxdur. Beynəlxalq geoloji elmlər ittifaqının müvafiq altkomissiyası onu üç hissəyə – yeni, orta və qədim (Neoproterozoy, Mezoproterozoy, Paleoproterozoy) eralara, həmçinin 10 dövrə (Ediakar, Kriogen, Ton, Sten, Ektaz, Kalim, Stater, Orozir, Rias, Sider) ayırmağı tövsiyə edib. P. erasının çöküntülərində yalnız ibtidai yosun və bakteriyaların qalıqlarına təsadüf edilir. P. termini 1888-ci ildə amerikalı geoloq Samuel Emmons tərəfindən Arxey erası ilə Kembri dövrü arasında qalmış çöküntüləri adlandırmaq üçün təklif olunub.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti