lat. radiato – şüalandırıram
Atmosferdə molekullar və hissəciklər tərəfindən səpələndikdən, diffuziyaya uğradıqdan sonra Yer səthinə çatan günəş radiasiyası.
Günəşin üfüqə doğru əyilməsi, buludluluq və atmosfer çirklənmələri cəm radiasiyada S.R.-nın həcmini artırır (məs.: günəş radiasiyası, düz radiasiya).
Coğrafiya terminləri lüğətiKüləksiz, şaxtalı havada su buxarının bilavasitə atmosferdə sublimasiyaya uğraması nəticəsində ağacların budaqlarına, məftillərin və b. əşyaların üzərinə çökən yumşaq buz kristalları.
S., adətən, temperaturu mənfi 15°-dən aşağı olan, rütubətlə tam doymuş dumanlı havada əmələ gəlir.
Coğrafiya terminləri lüğətiyun. kyklon – fırlanan
Atmosferin alçaq təzyiq sahəsi ətrafında havanın genişmiqyaslı burulğanlı hərəkəti.
Minimum təzyiq S.-un mərkəzi hissəsində yerləşir. S.-lar tropik və tropikdənkənar olmaqla iki yerə bölünür. S. maksimum bir həftəyə qədər fəaliyyətdə olur; onun orta hərəkət sürəti saatda 40 km-ə çatır. Tropik S.-lar daha çox Asiyanın cənubu və şərqi üçün xarakterikdir. İlin isti dövründə Karib dənizində yaranan bəzi tropik S.-lar Meksika və ABŞ ərazisinə ciddi ziyan vurur. S. sahəsində küləklər hər iki yarımkürədə atmosferin alt qatlarında mərkəzə meyil edərək Şimal yarımkürəsində saat əqrəbi istiqamətinin əksinə, Cənub yarımkürəsində isə saat əqrəbi istiqamətində əsir.
See also:
Coğrafiya terminləri lüğətiBöyük Britaniyada Uels əyalətində yaşamış kelt tayfasının adı olan "silures" sözündən
Yerin geoloji inkişaf tarixində Paleozoy erasının üçüncü dövrü.
Təxminən 443 milyon il əvvəl başlanıb, 419 milyon il əvvəl sona yetib, 24 milyon il davam edib. Bu dövr Üst və Alt S. olmaqla iki hissəyə bölünür. S.D.-ndə böyük vulkan püskürmələri və dağəmələgəlmə prosesi baş verib. Qədim Lavrasiya materikinin yaranması bu mərhələyə təsadüf edir.
See also:
Coğrafiya terminləri lüğətiBöyük Britaniyada Uels əyalətində yaşamış kelt tayfasının adı olan "silures" sözündən + yun. systema – hissələrdən ibarət bütöv
Paleozoy erasının dağ süxurlarına aid aşağıdan üçüncü süxur sistemi.
Bu sistemə daxil olan çökmə süxurlar Silur dövründə formalaşıb, Ordovik və Devon sistemlərinin arasında yerləşir. S.S.-ni 1835-ci ildə ingilis geoloqu Roderik Murçison ayırıb.
Coğrafiya terminləri lüğətiyun. syn – birlikdə + yun. enklisis – əyilmə
Əsasən, qədim platforma sahələrində əyilmiş ərazilər.
S. daha çox ovalıqlara uyğun gəlir, anteklizdən fərqli olaraq qalın çökmə süxurlar qatının olması (3-4 km-ə qədər) ilə səciyyələnir. Cənubi Amerika platformasında Amazon və Orinoko S.-ləri, Şərqi Avropa platformasında Vilyuy, Moskva, Mezen və Baltik S.-ri mövcuddur.
Coğrafiya terminləri lüğətiyun. syn – birlikdə + yun. oikos – məkan, ev + yun. logos – elm, təlim
Heyvanların, bitkilərin, mikroorqanizmlərin çoxnövlü vəhdətinin həyat və fəaliyyətini öyrənən elm sahəsi, ekologiyanın bir bölməsi.
S. termini 1902-ci ildə İsveçrə botaniki K.Şröter tərəfindən təklif edilib.
See also:
Coğrafiya terminləri lüğəti