lat. sub – alt, yan + Alp dağının adından
Dağlıq ərazilərdə meşə qurşağından yuxarıda yerləşən təbii hündürlük qurşaqlarından biri.
S.Q. subtropik enliklərdə meşə qurşağı ilə alp qurşağı arasında keçid təşkil edir, zəngin, hündür və əlvan çiçəkli ot bitkilərindən ibarət örtüyə malikdir. Bu qurşaqda iqlim rütubətli, ilin ən azı yarısı qarlı olur. S.Q. Alp, Böyük Qafqaz və Kiçik Qafqaz dağlarında təxminən 1700-2300 (bəzi yerlərdə 2600) m, Himalay dağlarında 3200-4000 m hündürlüklər arasında zolaq yaradır.
Coğrafiya terminləri lüğətilat. sub – alt, yan + yun. anti – əks + yun. arktikos – şimali
Cənub yarımkürəsinin 58°-67° c.e. arasında yerləşən okean akvatoriyasını və seyrək adaları əhatə edən coğrafi qurşaq.
S.Q.-nın iqlimi soyuq iqlimdir, burada havanın orta qış temperaturu mənfi 5-15°C, yayda isə 0...+2°C-yə bərabərdir. İllik yağıntıların (əsasən, qar) miqdarı 500 mm-ə çatır. S.Q. ilboyu güclü küləklərin, yüksək rütubətliliyin və sıx dumanların olması ilə səciyyələnir. Okean səthi ilin soyuq yarısında üzən buz dağları – aysberqlərlə örtülü olur. Biokimyəvi proseslərin zəif getməsinə baxmayaraq, bu sular planktonlarla zəngindir. Vegetasiya dövrü 1,5-2 ay davam edir. S.Q.-nda yerləşən adaların (Cənubi Sandviç, Cənubi Georgi və s.) landşaftı, əsasən, daşlıq şibyə tundrası və seyrək otlu çəmən landşaflıdır.
Coğrafiya terminləri lüğətilat. sub – alt, yan + yun. arktikos – şimali
Şimal yarımkürəsində təxminən 60°-73° şm.e. arasında coğrafi qurşaq.
Okeanda S.Q.-nın cənub sərhədi mövsümi buzların yayıldığı sahələrə uyğundur. İqlimi soyuqdur, temperatur yanvarda -5°C-dən (qərbdə) -50°C-yə (mərkəzi hissədə) qədər, iyulda +5...+10°C təşkil edir. S.Q.-nda iki fəsil müşahidə olunur: sərt soyuq qış mülayim qısa yayla əvəzlənir, illik yağıntı 300-500 mm-dir, daimi donuşluq sahələri geniş yayılıb. Bu qurşaq daxilində tundra və meşə-tundra təbii zonaları inkişaf edib. S.Q., əsasən, Rusiya, Kanada və Şimali Avropa ölkələri ərazisini əhatə edir.
Coğrafiya terminləri lüğətiÇay dərəsinin çayın bolsulu dövrləri və daşqınlar vaxtı su basan hissələrində yerləşən torpaqlar.
Bu torpaqlar zəngin allüvial çöküntülərə, laylı humus qatına malik olur. Torpaqəmələgəlmə prosesindən asılı olaraq onlar çimli, çəmən və bataqlıq torpaqlarına ayrılır. S.T. çox münbitdir, təbii halda ot bitkiləri ilə örtülür. Belə torpaqlardan, adətən, bostan-tərəvəz bitkilərinin becərilməsi üçün istifadə edilir. S.T. böyük düzənlik çaylarının dərəsində daha geniş əraziləri tutur, bəzən on kilometrlərlə eni olan zolaqlar təşkil edir.
Coğrafiya terminləri lüğətilat. sub – alt, yan + lat. ductio – keçirmə
Yer qabığı litosfer tavalarının basılaraq bir-birinin altına girməsi və mantiya süxurlarına daxil olması prosesi.
Bu proses geologiyada “tavalar tektonikası” nəzəriyyəsinə uyğundur. S. okeanların dibində dərin fokuslu zəlzələ zonalarının yaranması və aktiv vulkan adaları qövsünün əmələ gəlməsi ilə müşayiət olunur. Sakit okeandakı Marian novu müasir S. zonasına misal ola bilər.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətilat. sub – alt, yan + lat. aequator – bərabərləşdirici, tarazlaşdırıcı
Subekvatorial enliklərin yüksək hava temperaturu və yağıntıların çoxluğu ilə xarakterizə olunan iqlimi.
Bu enliklərdə orta temperatur ən soyuq ayda 18°C, yay aylarında 30°C-dir, onun illik tərəddüdü isə aşağı olur. Yağıntılar, əsasən, yayda düşür, 2000-2500 mm-ə qədər çatır. S.İ. ekvatorial iqlimdən qış mövsümünün kəskin quru olması ilə fərqlənir, atmosfer dövranı tropik və ekvatorial mussonların xüsusiyyətlərinə malikdir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətilat. sub – alt, yan + lat. aequator – bərabərləşdirici, tarazlaşdırıcı
Ekvatorial qurşaqla Şimal yarımkürəsində təxminən 20° şm.e., Cənub yarımkürəsində 20° c.e. arasında qalan iki coğrafi qurşaq.
Cənubi və Cənub-Şərqi Asiyada S.Q. zolağı 30° şm.e.-nə qədər genişlənir. Bu qurşaqlarda Şimali Amerikanın ucqar cənub sahəsi, Cənubi Amerikanın Braziliya yaylası da daxil olmaqla böyük şimal hissələri, Cənubi və Cənub-Şərqi Asiyanın, Afrikanın geniş əraziləri, Avstraliyanın şimal rayonları və bir çox okean adaları yerləşir. S.Q.-ın iqlimi ekvatorial və tropik iqlim formaları arasında keçid təşkil edir, burada tropik meşələr və savannalar geniş yayılıb.
Coğrafiya terminləri lüğətilat. sublimatio – yüksəlmə, qalxma
Su buxarının maye halına keçmədən birbaşa buza çevrilməsi və əksinə, bərk maddənin maye halına keçmədən birbaşa qaz halına çevrilməsi prosesi.
Əgər şeh nöqtəsi donma nöqtəsindən aşağıdırsa, müəyyən temperaturda S. baş verir və buxar buz kristallarına, yaxud sırsıraya çevrilir. Digər tərəfdən bəzi maddələr, məsələn, karbon birləşmələri bərk haldan daha asan şəkildə qaz halına keçir, onların maye formasını almaq isə çox mürəkkəbdir. Bu proseslərdə temperaturla yanaşı, mühitdəki təzyiqin də böyük rolu var.
Coğrafiya terminləri lüğəti