lat. sub – alt, yan + yun. tropikos – dönmə, dolanma + yun. anti – əks + yun. kyklon – fırlanan
Orta çoxillik sinoptik xəritələrdə aydın nəzərə çarpan, mərkəzi subtropiklərdə yerləşən, qapalı yüksək təzyiq sahəsi.
S.A.-lara Şimal yarımkürəsində Azor və Havay, Cənub yarımkürəsində isə Cənubi Sakit okean, Cənubi Atlantik (və ya Müqəddəs Yelena adası), Cənubi Hindistan (və ya Mavriki adası) antisiklonları aiddir. Bu antisiklonlar atmosferin daimi hərəkət mərkəzləridir.
Coğrafiya terminləri lüğətilat. sub – alt, yan + yun. tropikos – dönmə, dolanma
Subtropik enliklərin qışda mülayim, yayda tropik hava kütlələrinin üstünlüyü ilə xarakterizə olunan iqlimi.
S.İ. şəraitində orta aylıq temperatur 0...+5°C ilə +20...+25°C arasında dəyişir, qış aylarında bəzən şaxtalar düşür, yağıntıların miqdarı və rejimi okean sahillərindən materiklərin içərilərinə doğru əhəmiyyətli dərəcədə dəyişir. Antarktida materiki istisna olmaqla bütün materiklərdə zolaq kimi uzanan bu keçid iqlim qurşağında rütubətliliyinə görə fərqlənən 4 tip mövcuddur:
a) sakit, isti, quru yay və mülayim rütubətli qışa malik Aralıq dənizi tipi;
b) isti yağışlı yay və quru mülayim qışa malik musson tipi;
c) yayı və qışı quru, lakin isti yay, soyuq qışı ilə seçilən quru subtropik tip;
d) ilboyu rütubəti bərabər paylanan tip (bu tip ancaq Cənubi Amerika, Afrika və Avstraliyanın cənub-şərq tərəflərində isti cərəyanların hesabına formalaşır).
Coğrafiya terminləri lüğətiTropik qurşaqla mülayim qurşaqlar arasında – Şimal yarımkürəsində təxminən 30°-40° şm.e.-lərində, Cənub yarımkürəsində 30°-40° c.e.-lərində yerləşən iki coğrafi qurşaq.
Cənubi Avropa, Orta Şərq və Şərqi Asiyanın bir hissəsi, Şimali və Cənubi Afrika, Cənubi Avstraliya, Cənubi və Şimali Amerikanın mərkəzi hissələri bu qurşaqlarda yerləşir. S.Q. mülayim (qışda) və tropik (yayda) termik rejimlə səciyyələnir, həmişəyaşıl subtropik meşə və kolluqlar, qarışıq musson meşələri, meşə-çöl, yarımsəhra və səhra tipli təbii zonalara malikdir.
Coğrafiya terminləri lüğətiing. suburb – şəhərətrafı
Əhalinin şəhər mərkəzlərindən, başqa yaşayış məntəqələrindən şəhər ətrafına köçməsi prosesi.
Əhalinin şəhər mərkəzlərindən kənarlara köçməsi, əsasən, iri şəhərlərdə ekoloji vəziyyətin kəskinləşməsi, səs-küyün artması kimi səbəblərdən irəli gəlir. S., adətən, şəhər aqlomerasiyalarının yaranması ilə nəticələnir.
Coğrafiya terminləri lüğətiSu axını enerjisini elektrik enerjisinə çevirən qurğu və avadanlıqlar kompleksi.
SES müəyyən su miqdarını toplayan, basqı yaradan hidrotexniki qurğulardan və basqı sayəsində sürətlə hərəkət edən su axınının enerjisini elektrik enerjisinə çevirən hidroturbinlərdən ibarətdir. SES qurğuları tərkibinə ötürücü şəbəkələr, gəmiqaldırıcı, balıqötürücü və s. köməkçi qurğular da daxildir.
Coğrafiya terminləri lüğətiSıx, həddən artıq kiçik məsaməli, suyadavamlı süxurlar.
S.S. rütubət tutumsuz və rütubət tutumlu süxurlara bölünür. Birincilərə maqmatik və metamorfik süxurlar, sıx qumdaşı, kristallik şistlər, ikincilərə gil, mergel və s. süxurlar aiddir. Su belə süxurların üzərində toplanaraq sulu layı əmələ gətirir.
Coğrafiya terminləri lüğətilat. succulentus – şirəli
Arid sahələrdə bitən, gövdəsində su toplayan və həyat fəaliyyəti üçün əlverişli olmayan quraqlıq dövründə bu su hesabına yaşayan bitki.
S.-lərə Meksika, ABŞ, Çili, Mərkəzi Asiya ölkələrində daha çox səhra və yarımsəhra zonalarında yayılmış kaktus, aqava, aloe kimi bitkilər misal ola bilər.
Coğrafiya terminləri lüğətilat. succesio – irsilik
Müəyyən ərazinin öz bitki örtüyünü dəyişməsi, bir bitki qrupunun qanunauyğun surətdə digəri ilə əvəzlənməsi prosesi.
S. təbii amillərin təsiri altında, yaxud antropogen təsir nəticəsində baş verə bilər; məsələn, karst gölünün formalaşmasından sonra ətraf ərazinin yaşıllaşması təbii, qurudulmuş bataqlığın yerində çəmən əmələ gəlməsi antropogen mənşəli S. hadisəsidir.
Coğrafiya terminləri lüğətiyap. tsunami – dalğa
Güclü sualtı zəlzələ, bəzən sürüşmələr, vulkan püskürməsi və digər tektonik proseslər nəticəsində okean səthində yaranan nəhəng dalğa, yaxud dalğalar.
Yayılma sürəti 50-1000 km/saat-a kimi ola bilər. Hündürlüyü açıq okeanda 23 m, sahil yaxınlığında 50 m və daha çoxdur. S.-lər qurunun sahil zonasında böyük dağıntılara, fəlakətlərə səbəb olur. Onların 80%-i Sakit okean akvatoriyasında müşahidə edilir. İlk dəfə S.-nin elmi izahını ispan alimi Xose de Akosta 1586-cı ildə Lima şəhəri (Peru) yaxınlığında belə dalğanı müşahidə etdikdən sonra verib.
Coğrafiya terminləri lüğəti