Bütünlüklə Yer kürəsində, ayrı-ayrı regionlarda Yer qabığının quruluşunu, onun inkişafının başlıca mərhələlərini əks etdirən xəritə.
T.X. geoloji xəritə üzərində çəkilir. O, Yer qabığının bu və ya digər sahəsinin geosinklinal, yəni yüksək mütəhərrik vəziyyətdən nisbətən möhkəm və sabit qırışıqlıq vəziyyətinə keçməsi vaxtına (qırışıqlıq epoxasının yaşına) görə aparılan rayonlaşdırma prinsipi əsasında tərtib olunur.
Coğrafiya terminləri lüğətiMaili istiqamətdə hərəkətə gələrək böyük sahədə digər süxur kütləsinin üstünü örtmüş qalın dağ süxuru kompleksi.
T.Ö. on, yüz kilometrlərlə ərazini əhatə edə bilər. Hərəkətə gəlmiş süxurlar alloxton, onların altında qalmış, özül təşkil edən süxurlar avtoxton adlanır. Bəzi sahələrdə avtoxtonlar T.Ö. təşkil edən alloxtonların arasından üzə çıxır və tektonik pəncərələr yaradır. Bəzən isə zaman keçdikcə T.Ö. dağılır və alloxtonlar avtoxtonların arasında qaya-adacıqlar şəklində qalır. Belə adacıqlara klipplər, yaxud tektonik qalıqlar deyilir. T.Ö.-lərə müxtəlif yaşlı geosinklinal sistemlərin ərazisində rast gəlinir. Onlar ilk dəfə XIX əsrin sonlarında Alp dağlarında aşkar olunub. Azərbaycanda T.Ö.-ləri İsmayıllı və Şamaxı rayonlarının ərazisində görmək mümkündür.
Coğrafiya terminləri lüğətiYer qabığının quruluşunu, tektonik hərəkətlərin təsiri altında dəyişməsini, Yer səthində dağəmələgəlmə proseslərini, materiklərin və okean çökəkliklərinin yaranması şəraitini və tarixini, müxtəlif struktur elementlərinin formalaşması qanunauyğunluqlarını öyrənən elm sahəsi.
T. geologiyanın bir bölməsidir və öz növbəsində ümumi, yaxud morfoloji T., regional T., tarixi T., nəzəri və ya genetik T., eksperimental T. həmçinin neotektonika kimi şöbələrə ayrılır.
Coğrafiya terminləri lüğətiyun. tektonikos – tikintiyə aid + yun. sphaira – kürə
Tektonik, maqmatik və metamorfik proseslərin baş verdiyi, Yer qabığını və yuxarı mantiyanı əhatə edən Yer təbəqəsi.
T. onu təşkil edən süxurların tərkibinin və fiziki xassələrinin müxtəlifliyi ilə səciyyələnir.
Coğrafiya terminləri lüğətilat. telluris – Yer
Yerin Günəş və öz oxu ətrafında, Ayın isə Yer ətrafında hərəkətini əyani təsvir etmək üçün cihaz.
T.-də Yerin simvolu olan kiçik kürə, əlbəttə, Günəş simvolunun – böyük kürənin, eyni zamanda öz mərkəzindən keçən və maili vəziyyətini dəyişməyən oxun ətrafında fırlanır. Bu cihazda Ayı əvəz edən ən kiçik kürə isə Yer ətrafında dövr edir.
Coğrafiya terminləri lüğətiyun. thema – müzakirə mövzusu + yun. Atlas – qədim yunan mifologiyasında göy qübbəsini çiyinləri üstündə saxlayan titan
Eyni sahəyə aid xəritələrdən tərtib edilmiş coğrafiya atlasları.
T.A.-da, əsasən, bir coğrafi komponent əks olunur (məs.: geoloji atlaslar, iqlim atlasları, geobotanika atlasları).
Coğrafiya terminləri lüğətiyun. thema – müzakirə mövzusu
Bir təbii, ictimai hadisəni, yaxud məzmununa görə sıx əlaqəli təbii və ictimai hadisələri ətraflı təsvir edən xəritələr.
Bu tip xəritələrdə bir coğrafi komponent qabarıq şəkildə əks olunur (məs.: geoloji xəritələr, geomorfoloji xəritələr, iqlim xəritələri, siyasi xəritələr).
Coğrafiya terminləri lüğətilat. temperatura – normal vəziyyət + yun. a – inkar şəkilçisi + yun. nomos – qanun
1. Yer səthində hər hansı məhəllin hava temperaturunun (orta günlük, aylıq, illik) müvafiq orta çoxillik temperaturdan kənara çıxması.
2. Məhəllin orta çoxillik temperaturunun həmin coğrafi en dairəsinin orta çoxillik temperaturundan kənara çıxması.
Coğrafiya terminləri lüğətilat. temperatura – normal vəziyyət + lat. inversio – çevrilmə, dəyişmə
Atmosferin bəzi təbəqələrində yüksəklik artdıqca havanın temperaturunun yüksəlməsi.
T.İ. Yerə yaxın atmosfer təbəqəsində və sərbəst atmosferdə müşahidə edilir, inversiya qatının qalınlığı, həmçinin bu qatda baş verən temperatur sıçrayışı ilə xarakterizə olunur. Yerə yaxın təbəqədə T.İ. qatının qalınlığı onlarca, bəzən yüzlərcə (məs.: Antarktidada) metrə çatır. Temperatur sıçrayışı 15-20°C-yədək olur və əsasən, radiasiya səbəbindən yaranır. T.İ. termodinamik proseslər nəticəsində stratosferdə, termosferdə və ekzosferdə də baş verir, atmosferdə istilik və rütubət mübadiləsində əhəmiyyətli rol oynayır.
Coğrafiya terminləri lüğətiyun. theaomai – baxıram + yun. dolichos – uzun
Üfüqi və şaquli bucaqları ölçmək üçün geodezik alət.
Müasir T.-lər optik sistemə və yüksək dəqiqliyə malik daşınan mürəkkəb cihazlardır. Onlardan tikinti, dağ-mədən işlərində, topoqrafik çəkilişlərdə və s.-də istifadə olunur.
Coğrafiya terminləri lüğətiyun. Theos – Allah + yun. kratos – idarə etmək
Siyasi hakimiyyətin ruhanilərə – din xadimlərinə mənsub olduğu dövlət idarəçiliyi forması.
T.-da siyasi və dini hakimiyyət bir əldə cəmlənir. T. monarxiyanın bir növüdür, XXI əsrin əvvəllərində dünyada belə ölkələr azdır, onlara müsəlman ölkələrindən Səudiyyə Ərəbistanı, xristian ölkələrindən Vatikan misal ola bilər.
Coğrafiya terminləri lüğəti