Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

torpaq kadastrı

fr. cadastral < yun. katastikhos – qeydiyyat

Hər hansı ölkənin, ərazi vahidinin torpaqlarının təbii, hüquqi vəziyyəti və digər xüsusiyyətləri haqqında sistemləşdirilmiş məlumatlar toplusu.

T.K. yalnız elmi əhəmiyyət kəsb etmir, həm də dövlət orqanlarının müəyyən ərazidə idarəçilik funksiyalarını, o cümlədən təbiəti mühafizə sahəsində vəzifələrini yerinə yetirməsi üçün də zəruridir.

Coğrafiya terminləri lüğəti

torpaq tipi

yun. typos – iz, forma

Torpaq təsnifatının əsas taksonomik bölgü vahidi.

Müasir genetik torpaq təsnifatının əsasını torpaq profilinin quruluşu təşkil edir. Genetik torpaq tipi dedikdə eyni mənşəli, vahid morfoloji quruluşlu, birtipli iqlim şəraitində və birtipli ana süxurlar üzərində əmələ gəlmiş torpaq qrupu nəzərdə tutulur. Rus torpaqşünası Vasili Dokuçayev XIX əsrin sonlarında apardığı bölgüdə 10 T.T. ayırd etmişdi, XXI əsrin əvvəllərinə olan təsnifatda isə 100-dən çox tip var. Morfoloji quruluşuna, fiziki, fiziki-kimyəvi xassələrinə görə T.T.-ləri yarımtiplərə, cinslərə, növlərə, növmüxtəlifliklərinə, dərəcələrə bölünür, sinif, sıra, formasiya, generasiya, fəsilə və assosiasiyalarda birləşir. Azərbaycanda 12 T.T. aşkar edilib.

Coğrafiya terminləri lüğəti

torpaqəmələgətirən amillər

Təbii mühit amilləri; torpaqşünaslığın çox mühüm bölməsi.

Ayrı-ayrı torpaqların mənşəyini dərk etməyə, kənd təsərrüfatında və meşəçilikdə torpaq proseslərini idarə etmək və onlardan səmərəli istifadə üçün əhəmiyyətlidir. Rus torpaqşünası Vasili Dokuçayev torpağa daim dəyişən 5 təbii amilin qarşılıqlı təsiri nəticəsində əmələ gələn təbii-tarixi cisim kimi baxmışdır. T.A.-ə ana süxur, iqlim, bitki və heyvanlar aləmi, relyef və torpağın yaşı aiddir. Müasir torpaqşünaslıqda insanın təsərrüfat fəaliyyəti də altıncı amil kimi T.A.-ə əlavə edilir. Torpaqları öyrəndikdə və aqronomik cəhətdən qiymətləndirdikdə T.A.-in birini ayrılıqda nəzərə almaq lazımdır.

Coğrafiya terminləri lüğəti

torpaqların qurudulması

Meliorasiya tədbirləri sırasında torpağın üst qatlarının rütubətliliyinin azaldılması və qrunt sularının səviyyəsinin aşağı salınması.

T.Q. bataqlıqlar, bataqlıqlaşmış və minerallı torpaqlarda həyata keçirilən hidrotexniki, aqrotexniki və təsərrüfat tədbirlərindən ibarətdir. Nəticədə yeni torpaqlar istifadəyə verilir və ya onların məhsuldarlığı artırılır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

torpaqların təsnifatı

Torpaqların eyni əlamətlər və oxşar xüsusiyyətlər üzrə qruplarda birləşdirilməsi.

T.T.-nda torpaqəmələgəlmə prosesinin bütün xüsusiyyətləri ilə yanaşı, insanın çoxcəhətli təsərrüfat fəaliyyəti də nəzərə alınır. T.T.-nda əsas taksonomik bölgü vahidi torpaq tipidir. Lakin bir sıra fərqli əlamətlər və xüsusiyyətlər əsasında (məsələn, torpağın rəngi, kənd təsərrüfatında istifadə üçün yararlığı, istifadə məqsədi, minerallığı və s.) ayrıca aparılan təsnifat növləri də var.

Coğrafiya terminləri lüğəti

transqressiya

lat. transgressio – keçid, hərəkət

Yer qabığının materik hissəsinin çökməsi, okean dibinin, yaxud su səviyyəsinin qalxması nəticəsində dənizin quruya doğru irəliləməsi.

T. tektonik hadisələr, ciddi iqlim dəyişiklikləri, buzlaqların əriməsi ilə əlaqədar ola bilər. O, başlıca olaraq aşağıdan yuxarı dayaz su fasiyalarının dərin su fasiyalarını əvəzləməsi ilə səciyyələnir. T. prosesinin əksi reqressiya adlanır.

Coğrafiya terminləri lüğəti

trapp

isv. trappa – nərdivan, pilləkən

Vulkanik mənşəli pilləli ayrılmalara malik dağ süxurlarının (bazalt, qabbro, dolerit, diabaz və s.) ümumi adı.

T. Yer qabığının platforma sahələri üçün xarakterikdir; Şərqi Sibir, Hindistan, Cənubi Afrika və Cənubi Amerikada böyük sahələri tutur. T.-ın qalınlığı 2000 m-ə çatır.

Coğrafiya terminləri lüğəti

trianqulyasiya

lat. triangulum – üçbucaq

Yer üzərində istinad nöqtələrinin vəziyyətini, meridianparalel qövslərinin uzunluğunu və eləcə də Yerin formasını və ölçülərini təyin etmək üçün istifadə olunan üsul.

Bu üsulun əsasını ərazinin planı üzərində bir-birinə söykənən üçbucaqlar şəklində şəbəkənin qurulması və hər üçbucağın seçilmiş koordinat sistemində düzgün vəziyyətinin müəyyənləşdirilməsi təşkil edir. T. üsulu ilk dəfə e.ə. VI əsrdə yunan alimi Miletli Fales tərəfindən təklif edilib.

Coğrafiya terminləri lüğəti

Trias dövrü

yun. trias – üçlük

Mezozoy erasının birinci dövrü.

T.D. təxminən 252-250 milyon il bundan əvvəl başlayıb və 45-50 milyon il davam edib. Bu dövrdə dinozavrlar yaranıb, primitiv çılpaqtoxumlu bitkilər geniş yayılıb, nəhəng Pangeya supermateriki parçalanmağa başlayıb. T. alt, orta, üst şöbələrə bölünür. Üst Triasda ibtidai məməlilər meydana gəlmişdir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

Trias sistemi

yun. trias – üçlük + yun. systema – hissələrdən ibarət bütöv

Mezozoy erasının dağ süxurlarına aid birinci – ən alt süxur sistemi.

Bu sistemə daxil olan çökmə süxurlar PermYura sistemlərinin arasında yerləşir. T.S. üç kompleks süxur qatından ibarətdir. Məhz buna görə 1834-cü ildə alman geoloqu Fridrix fon Alberti onu belə adlandırıb.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti