Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

bərzəx

ər. bərzəx – aralıq, keçid

Su ilə ayrılmış iki böyük quru sahəsini birləşdirən ensiz quru zolaq, keçid.

B.-lər özləri də yan tərəflərdən su ilə əhatə olunur. B.-lər iki materiki bir-biri ilə (məsələn, Süveyş B.-i Asiya ilə Afrikanı, Panama B.-i Şimali Amerika ilə Cənubi Amerikanı) və ya yarımadanı materiklə (məsələn, Perekop B.-i Krım yarımadasını Avropa ilə) birləşdirir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

bərpa olunmayan təbii resurslar

İstifadə edildikdən sonra bərpası, yerinin doldurulması mümkün olmayan təbii sərvətlər.

Bu sərvətlər, əsasən, Yerin təkində toplanmış faydalı qazıntılardan (məs.: filizlər), enerji istehsalı üçün bəşəriyyətin uzun müddətdir istifadə etdiyi kömür, neft, qaz kimi yanacaq ehtiyatlarından ibarətdir ki, bu ehtiyatlar bitki və heyvan qalıqlarından, qırıntılardan yaranmışdır.

Coğrafiya terminləri lüğəti

bedlend

ing. badlands – yararsız torpaq

Yarğan və dərələrlə kəskin parçalanmış relyef, istifadə üçün yararsız alçaq dağlıq ərazi, təpəlik.

Adətən, yarımsəhra və səhralarda, maili düzənliklərdə, yaylaların və dağların yamaclarında yumşaq süxurların eroziyaya uğraması nəticəsində, quraq iqlim şəraitində əmələ gəlir. B.-lərin geniş yayıldığı ərazilər: ABŞ, Kanada, Yeni Zelandiya, Mərkəzi Asiya, Qərbi Avstraliya və Ərəbistan yarımadası Azərbaycanda, əsasən, Qobustan, Naxçıvan və Acınohur-Ceyrançöldə geniş yayılıb.

Coğrafiya terminləri lüğəti

bental

yun. benthos – dərinlik

Dənizlərdə və şirinsulu hövzələrdə bentosun yaşadığı dib hissəyə yaxın sahə, su qatı.

B. zona su mühitinin bölündüyü iki böyük sahədən biridir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

bentos

yun. benthos – dərinlik

Dənizlərin və şirinsulu hövzələrin dibində qruntun üstündə, yaxud içində yaşayan orqanizmlərin – heyvanların və bitkilərin məcmusu.

Yosunlar, molyusklar, iynədərililər, xərçəngkimilər, süngərlər və s. B.-lara aiddir. B., adətən, dayaz sularda yaşayırlar, hərəkətli, azhərəkətli, hərəkətsiz (qrunta yapışmış) olurlar.

Coğrafiya terminləri lüğəti

Ber qanunu

Meridian istiqamətində axan çayların Şimal yarımkürəsində sağ tərəfə, Cənub yarımkürəsində isə sol tərəfə meyil etməsini izah edən qanun.

Bu meyiletmə nəticəsində çaylar Şimal yarımkürəsində daha çox sağ sahili yuyur və buna görə də sağ sahil, adətən, dik, sol sahil isə yastı olur. Cənub yarımkürəsində bunun əksi müşahidə olunur. B.Q.-nu 1857-ci ildə rus alimi K.Ber müəyyən edib və bunu Yerin öz oxu ətrafında fırlanmasının meyiletmə təsiri ilə əlaqələndirib.

Coğrafiya terminləri lüğəti

berqştrix

alm. berg – dağ + alm. strich – xətt

Topoqrafik xəritələrdə horizontalların üzərində qoyulan və yamacın meylini göstərən kiçik cizgi.

Coğrafiya terminləri lüğəti

beynəlxalq təbii resurslar

Universal ümumbəşəri təbii sərvətlərin cəmi.

B.T.R.-a Antarktidanın təbii sərvətləri, açıq dənizin canlı və cansız resursları, kosmik fəzanın təbii komponentləri, atmosfer havası daxildir. B.T.R.-dan istifadə hüququ, ilk növbədə, suveren dövlətlərə, bəzi hallarda hüquqi və fiziki şəxslərə məxsusdur (məs.: açıq dənizin resurslarından istifadə sahəsində).

Coğrafiya terminləri lüğəti

bənd

Okean, dəniz və göllərin sahillərində, habelə çayların axınının qarşısında suyun qabağını kəsmək, yaxud səviyyəsini yüksəltmək üçün nəzərdə tutulmuş hidrotexniki qurğu.

B.-lər torpaqdan, daşdan, yaxud metal karkasdan və betondan tikilir, sahilləri möhkəmləndirmək, eroziyadan, suyun altında qalmaqdan qorumaq, süni göllər, su anbarları, suvarma sistemləri yaratmaq, habelə gəmiçilik şəraitini yaxşılaşdırmaq məqsədilə salınır. Onlardan su-elektrik stansiyalarında turbinləri hərəkətə gətirən su kütləsini artırmaq, suyun basqı qüvvəsini gücləndirmək üçün istifadə olunur. Süni B.-lərlə yanaşı, bəzən tektonik proseslər, torpaq və buz sürüşmələri nəticəsində təbii B.-lər də əmələ gəlir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti