yun. anti – əks, zidd + kyklon – fırlanan
Atlantik okeanının cənub hissəsində çoxillik atmosfer təzyiqi xəritələrində aşkar nəzərə çarpan qapalı yüksək təzyiq (yanvarda 765 mm, iyulda 768 mm) sahəsi.
C.A.A. Cənub yarımkürəsində subtropik enliklərdə bütün il ərzində atmosferin daimi hərəkət mərkəzlərindən biridir. C.A.A.-nun öz mərkəzi isə Müqəddəs Yelena adası yaxınlığında yerləşir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiHind okeanının cənub hissəsində atmosferin çoxillik təzyiq xəritələrində aşkar nəzərə çarpan qapalı yüksək təzyiq (yanvarda 765 mm, iyulda 770 mm) sahəsi.
C.H.O.A. Cənub yarımkürəsində subtropik və tropik enliklərdə bütün il ərzində atmosferin daimi hərəkət mərkəzlərindən biridir. C.H.O.A.-nun öz mərkəzi isə Mavriki adası yaxınlığında yerləşir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiSakit okeanın cənub-şərq hissəsində atmosferin çoxillik təzyiq xəritələrində aşkar nəzərə çarpan qapalı yüksək təzyiq (yanvarda 764 mm, iyulda 766 mm) sahəsi.
C.S.O.A. Cənub yarımkürəsində subtropik və tropik enliklərdə bütün il ərzində atmosferin daimi hərəkət mərkəzlərindən biridir. C.S.O.A.-nun öz mərkəzi isə Pasxa adası yaxınlığında yerləşir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti1. Dünya okeanında daimi və dövri su axını.
Böyük su kütlələri müəyyən istiqamətdə hərəkətə gəlir və C. yaradır. Dünya okeanında suyun hərəkətə gəlmə səbəblərinə daimi küləklərin okean və dəniz səthinə təsiri, güclü yağıntı və buxarlanma nəticəsində səthin relyefinin dəyişməsi, qabarma və çəkilmə yaradan qüvvələr, atmosfer təzyiqinin dəyişməsi və s. aiddir. Ətraf sahələrdə suların temperaturu ilə müqayisədə isti və soyuq C.-lar fərqləndirilir. İsti C.-lar ekvatordan qütblərə doğru (məsələn, Qolfstrim), soyuq C.-lar qütblərdən ekvatora doğru (məsələn, Labrador) hərəkət edir.
2. Atmosferdə daimi və dövri hava axını.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. geo – Yer + yun. grapho – yazıram, təsvir edirəm + lat. determinare – məhdudlaşdırmaq
Coğrafi mühitin insan cəmiyyətinə həlledici təsiri haqqında konsepsiya, təlim.
Bu konsepsiyaya görə, ölkələrin və xalqların sosial-iqtisadi inkişaf səviyyəsi, ilk növbədə, onları əhatə edən coğrafi mühitdən asılıdır. C.D.-in bəzi elementləri antik müəlliflərin (Strabon, Hippokrat) əsərlərində öz əksini tapıb, lakin təlim kimi o, XVIII əsrdə formalaşıb; məsələn, fransız alimi Şarl Monteskyö hər bir ölkədə mövcud olan siyasi idarəçilik sistemini də coğrafi mühitin təsiri ilə izah edirdi. Onun fikrincə, əsl demokratiya yalnız kiçik ölkələrdə mümkündür, orta ölçülü ölkələrdə sabitlik üçün monarxizm, böyük ölkələrdə despotizm qaçılmazdır. Sonradan bu baxışlar federalizm və hakimiyyət bölgüsü kimi siyasi prinsiplərin formalaşmasında böyük rol oynayıb.
Coğrafiya terminləri lüğəti