yun. geo – Yer + yun. grapho – yazıram, təsvir edirəm + lat. aequator – bərabərləşdirici, tarazlaşdırıcı
Yerin fırlanma oxuna perpendikulyar olaraq onu Şimal və Cənub yarımkürələrinə bölən xəyali dairəvi xətt.
Uzunluğu 40.076 kilometrə bərabərdir. Coğrafi enliklərin hesablanması üçün başlanğıc xətt kimi götürülür.
Coğrafiya terminləri lüğətiYer səthində hər hansı nöqtənin vəziyyətini təyin edən koordinatlardan biri, ekvatorla həmin nöqtə arasındakı meridian qövsü.
C.E. ən böyük paralel çevrəsi olan ekvatordan şimala və cənuba doğru 0°-dən 90°-yə qədər hesablanır. Bir paralel üzərindəki bütün nöqtələr eyni C.E.-ə malikdir; məsələn, ekvator üzərində istənilən nöqtənin C.E.-i 0°-yə, Şimal qütbündə – 90° şimal enliyinə, Cənub qütbündə – 90° cənub enliyinə bərabərdir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiEyni növün populyasiyasının ümumi arealın bir hissəsində məskunlaşaraq bir-birindən prinsipial fərqlənməsi.
C.İ. populyasiyanın yerli coğrafi şəraitə uyğunlaşması nəticəsində əmələ gəlir. C.İ. dəyişkənliyi bir çox bitki, heyvan və insan populyasiya sistemlərində real mövcuddur.
Coğrafiya terminləri lüğətiYer səthinin enlik zonallığı bölgüsü.
C.Q. istilik və rütubət rejimi, hava kütlələri və su dövranı, torpaq örtüyü, bitki örtüyünün vegetasiyası və s. xüsusiyyətləri ilə səciyyələnir. Qütb qurşağı (arktik və antarktik), subqütb qurşağı (subarktik və subantarktik), mülayim qurşaq (şimal və cənub), subtropik qurşaq (şimal və cənub), tropik qurşaq (şimal və cənub), subekvatorial qurşaq (şimal və cənub), ekvatorial qurşaq növləri mövcuddur. Hər C.Q.-ın özünə xas iqlim xüsusiyyəti və canlılar aləmi var. Lakin qurşaq daxilində iqlim amilləri kəskin dəyişilə bilər, bu da hər bir C.Q.-ı müxtəlif coğrafi zonalar və yarımzonalara bölməyə imkan verir.
Coğrafiya terminləri lüğətiYerin xəyali fırlanma oxunun Yer səthi ilə kəsişdiyi nöqtə.
İki C.Q. – Şimal və Cənub qütbləri mövcuddur. Bütün coğrafi meridianlar C.Q.-lərdə birləşir, buna görə də onların coğrafi uzunluqları olmur. C.Q.-lərdə cəhətlər də yoxdur, temperatur çox aşağıdır, vaxt adi qaydada gecə və gündüzə bölünmür: burada günəş ilin bir yarısı görünmür (qütb gecəsi), digər yarısı batmır (qütb gündüzü). Şimal C.Q.-ü Şimal Buzlu okeanı sahəsində yerləşir, Cənub C.Q.-ü Antarktida materikindədir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. geo – Yer + yun. grapho – yazıram, təsvir edirəm + alm. landschaft – ölkə, mahal
Geoloji quruluş, yaranma və inkişaf tarixi, relyef, hidroiqlim rejimi, uyğun torpaq və biosenozları ilə seçilən yekcins ərazi.
C.L.-ın müxtəlif tərifləri var. Lakin istənilən halda landşaft dedikdə müəyyən fiziki-coğrafi rayonun (ərazinin) təbii-coğrafi kompleksi nəzərdə tutulur. Süxur və torpaqlar, yeraltı və yerüstü sular, atmosferin kimyəvi tərkibi və hava kütlələri, bitki örtüyü və heyvanlar aləmi C.L.-ın bir-biri ilə əlaqəli komponentləridir. İnsanların yaratdıqları C.L. antropogen landşaft, təbii və süni (antropogen) landşaftların uzlaşması isə müasir landşaft adlandırılır. C.L. coğrafiya elmində fundamental anlayış, fiziki-coğrafi rayonlaşdırmanın əsas vahididir. C.L.-ların tədqiqi və xəritələşdirilməsi təbiətdən səmərəli istifadə, habelə onun qorunması üçün vacibdir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiHər hansı coğrafi məntəqənin Yer səthində tutduğu mövqe, onun ətraf ərazi və obyektlərə nisbətən vəziyyəti.
C.M. dedikdə riyazi coğrafiyada verilmiş məntəqənin coğrafi enliyi və uzunluğu, fiziki coğrafiyada isə onun fiziki-coğrafi obyektlərə (materik, dağ, okean, dəniz, göl və s.) nisbətən vəziyyəti başa düşülür. Siyasi və iqtisadi coğrafiyada C.M. ölkə, bölgə, yaşayış məntəqələri və s. obyektlərin digər ölkə, ölkə qrupları, iqtisadi-coğrafi (rabitə yolları, bazarlar və s.) obyektlərə nisbətən vəziyyəti ilə xarakterizə edilir. C.M. istənilən ərazi, yaxud yaşayış məntəqəsinin əsas inkişaf şərtlərindən biridir; məsələn, Azərbaycanın tarixən Böyük İpək yolunun üstündə, Qərblə Şərqin qovşağında, enerji mənbələri ilə zəngin dəniz sahilində yerləşməsi onun C.M.-yinin əlverişliliyini təmin edən cəhətlərdir.
Coğrafiya terminləri lüğətiİnsan cəmiyyətini əhatə edən təbii şərait, coğrafi təbəqənin insan tərəfindən bu və ya digər dərəcədə mənimsənilmiş, onun həyat fəaliyyətində istifadə olunan hissəsi.
C.M. təbii və antropogen komponentlərin mürəkkəb qarışığından ibarətdir; bu anlayışa relyef, iqlim, yeraltı və yerüstü sular, torpaq, bitki və heyvanlar aləmi, təbii sərvətlərlə yanaşı, insanın fəaliyyəti nəticəsində yaradılmış süni obyektlər də daxildir. İnsan cəmiyyəti getdikcə C.M.-ə daha çox təsir göstərir, ona süni elementlər (şəhər, zavod, yollar, mədənlər, əkin yerləri, su anbarları və s.) daxil edir. Dünyanın müxtəlif yerlərində fərqli C.M. mövcuddur. Bu fərq cəmiyyətin inkişafının sürətlənməsinə, yaxud zəifləməsinə səbəb olan mühüm amillərdəndir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. geo – Yer + yun. grapho – yazıram, təsvir edirəm + lat. objectum – əşya
Bütöv, nisbi sabitliyə malik, Yer planetində müəyyən daimi mövqe tutan istənilən cisim, məntəqə və s.
C.O. təbii, yaxud insan tərəfindən yaradılmış ola bilər. Materiklər, okeanlar, dənizlər, adalar, dağlar, çaylar, buzlaqlar, səhralar, süxurlar, ölkələr, şəhərlər, kəndlər, dəmir yolları, şoselər, aeroportlar – bunların hamısı C.O.-lər hesab olunur.
Coğrafiya terminləri lüğəti