Yayılma arealı geniş olan, dünyanın müxtəlif xalqlarının etiqad etdiyi dinlər.
Üç əsas dünyəvi din mövcuddur: islam, xristianlıq və buddizm. D.D.-in milli dinlərdən əsas fərqi onlara etiqad edənlərin bir ölkədə yox, planetin fərqli regionlarında yaşamasıdır. Daha geniş yayılmış islam və xristianlıq dinlərinə tapınanlar Yer üzündə əhalinin yarıdan çoxunu təşkil edirlər. İslam dini, əsasən, Afrika və Asiya qitələrində, xristianlıq isə həmçinin Avropada, Cənubi və Şimali Amerikada, Avstraliyada yayılıb. Buddistlərin sayı, əsasən, Şərqi, Cənubi və Cənub-Şərqi Asiyada çoxdur.
Coğrafiya terminləri lüğətilat. radiato – şüalandırıram
Atmosferdən maneəsiz keçərək bilavasitə Yer səthinə düşən günəş radiasiyası.
D.R.-nın intensivliyi şüanın düşmə bucağından (günəşin yüksəkliyindən) və atmosferin şəffaflığından asılıdır. Buludluluq dərəcəsi az olan tropik enliklərdə D.R.-nın intensivliyi daha böyük, ekvatorial və mülayim enliklərdə nisbətən kiçikdir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiYer səthinin hamar, nisbi hündürlük fərqi 200 m-dən çox olmayan az dalğalı və azmeyilli (50-dək), yekcins geoloji quruluşa malik sahəsi.
D. quruda ən geniş yayılmış relyef formasıdır – o, materiklərin 20%-ni təşkil edir. Dəniz səviyyəsindən hündürlüyünə görə (mütləq hündürlük) D.-lər tiplərə bölünür. Ovalıqların mütləq hündürlüyü 200 m-ə qədər olur, dəniz səviyyəsindən aşağı çökəkliklər də bura daxildir (məsələn, Xəzərsahili ovalıq). Yüksəklik D.-lərinin mütləq hündürlüyü 200 m-dən 500 m-ə qədərdir (məs.: Orta rus yüksəkliyi). Yaylalar isə mütləq hündürlüyü 500 m-dən artıq ərazilərdə yerləşir (məsələn, İran yaylası). Sualtı D.-lərə şelflər, abissal D.-lər və dəniz dibinin hamar sahələri misal ola bilər. Mənşəyinə görə D.-lər akkumulyativ və denudasiya D.-lərinə bölünür. Əlverişli təbii şəraitinə görə dünya əhalisinin əksər hissəsi D.-lərdə cəmləşib.
Coğrafiya terminləri lüğətiƏrazisinin əksər hissəsi mütləq yüksəkliyi 500 m-dən artıq olmayan sahələrdə yerləşən ölkələr.
Danimarka, Polşa, Hollandiya, Ukrayna, Belarus, Estoniya, Litva, Latviya, Banqladeş, Paraqvay, Uruqvay, Seneqal, Küveyt, Qətər, Moldova və s. D.Ö.-ə misal ola bilər.
Coğrafiya terminləri lüğətiDənizin, gölün və böyük çayların sahilboyunda küləyin əmələ gətirdiyi, səthi seyrək bitkilərlə örtülü qum təpəsi.
D.-un küləktutan yamacı azmeyilli (12-150), küləktutmayan yamacı isə dikdir (maililik – 30-350). D.-un orta hündürlüyü 5-20 m, maksimal hündürlüyü 150-200 m-ə çatır. Səhraların eol relyef formalarından fərqli olaraq D.-ların qumu həmişə nəmlidir. Onlar hakim küləklərin əsdiyi istiqamət üzrə ildə 20 m-dək sürətlə hərəkət edə bilir. Planetin müasir relyefində D.-lara, əsasən, Ərəbistan yarımadasında, Qərbi Avstraliyada və Böyük Səhrada rast gəlmək olur.
Coğrafiya terminləri lüğətiyun. edaphos – torpaq + yun. spharia – kürə
1. Yer səthinin torpaq örtüyü.
E. – biosferin tərkib hissəsidir.
2. Hər hansı orqanizmi əhatə edən, onun təsiri ilə formalaşan mühit, sahə.
Məsələn, düzənlikdə bitən böyük ağacın ətrafında xüsusi E. yaranır. Onun altında qarışqa ailəsi yuva qurarsa, bu yuvanın da öz mikroedasferi formalaşır.
Coğrafiya terminləri lüğətiSəhralara, yarımsəhralara və quru çöllərə xas olan müxtəlif fəsilələrdən birillik bitkilər.
E.-in həyat dövrü çox qısadır. Onlar kiçik boyu, kiçik yarpaqları, zəif inkişaf etmiş kök sistemi ilə fərqlənir. Lakin yağıntılar bol olan illərdə bəzi E.-in hündürlüyü 25-50 sm-ə çatır. E. erkən yazda Orta Asiya səhralarının gilli torpaqlarında çox tez böyüyür, 5-6 həftə ərzində çiçəkləyib toxum əmələ gətirir və ilin isti dövründə məhv olur.
Coğrafiya terminləri lüğəti