lat. fixus – bərk, möhkəmlənmiş
Geologiyada elmi istiqamət, kontinentlərin Yer səthində dəyişməz, fiksə edilmiş mövqeyə malik olduqlarını iddia edən konsepsiya.
Bu konsepsiyaya görə, Yer qabığında bütün tektonik hərəkətlər şaquli istiqamətdə baş verir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiTəbii mineral birləşmələrdən ibarət olan, tərkibindəki metalların, mineralların alınması iqtisadi cəhətdən məqsədəuyğun hesab edilən faydalı qazıntı.
İqtisadi məqsədəuyğunluq mineral birləşmədəki metalların, digər elementlərin konsentrasiyası dərəcəsi ilə müəyyənləşdirilir. F. termini, əsasən, metal və bəzi qeyri-metal tərkibli (pyezokvars, flüorit və s.) faydalı qazıntılara aid edilir. Azərbaycanın yeraltı sərvətləri içərisində əhəmiyyətinə görə ikinci yeri F.-lər tutur. Daşkəsən dəmir filizi yatağı, Zəylik alunit yatağı, Balakəndə aşkar edilmiş polimetal filiz yatağı Avropada ən iri yataqlardan sayılır.
Coğrafiya terminləri lüğətinorv. fjord < lat. fretum – boğaz
Böyük məsafədə qurunun içərilərinə doğru uzanan ensiz, dərin, yamacları dik dəniz körfəzi.
F.-lar Kaynozoy erasının Dördüncü dövr materik buzlarının fəaliyyəti, sonralar isə çay dərələrini və tektonik çökəklikləri dəniz suyunun basması nəticəsində əmələ gəlib. F. tipli sahillərə, əsasən, şimalda (Skandinaviya, Kola, Taymır, Labrador, Çukot yarımadaları, Qrenlandiya, Novaya Zemlya, Şpitsbergen, İslandiya, Kanada-Arktika arxipelaqı adaları) və Cənubi Amerikanın Pataqoniya sahillərində təsadüf olunur.
Coğrafiya terminləri lüğətialm. firni – keçənilki, köhnə
Qar xəttindən yuxarıda, buzlağın qidalanma sahəsində düşən qarın günəş şüalarının təsiri altında əriməsi, hava soyuyanda isə donması nəticəsində əmələ gələn buz kristalları.
Bu kristalların ölçüsü 1 mm-dən 5-10 mm-ə qədər olur. F. qarla buz arasında keçid formasıdır, əriyib-donduqca o, sıxlaşır, bərkiyir və tədricən buzlaq buzuna çevrilir.
Coğrafiya terminləri lüğətiyun. phyton – bitki + yun. geo – Yer + yun. sphaira – kürə, təbəqə
Biosferin əsas enerji toplayıcıları olan bitkilərin yayıldığı sahə.
F. Yerdə canlı maddənin fasiləsiz örtüyünü əmələ gətirir, onun qalınlığı quruda bir neçə on metrə çatır, dəniz və okeanlarda isə 350 m-ə qədər hesab olunur.
Coğrafiya terminləri lüğətiyun. phyton – bitki
Bitkilər arasında (ot örtüyündə, qalın meşəlikdə) yaranan meteoroloji şərait.
Təbiətdə bitki örtüyünün növündən, yaşından, sıxlığından asılı olaraq işıqlanma dərəcəsi, küləyin gücü, torpağın, havanın temperaturu və nəmliyi dəyişir, açıq sahələrdəki eyni iqlim elementlərindən kəskin fərqlənir. F.-in, bitki örtüyünün iqlimdəyişmə xüsusiyyətlərinin öyrənilməsi eyni zamanda kənd təsərrüfatında əkinçiliyin inkişafına xidmət edir.
Coğrafiya terminləri lüğətiyun. phyton – bitki + yun. koinos – ümumi
Biri-biri ilə qarşılıqlı əlaqədə mövcud olan və müəyyən ərazidə məskunlaşmış bitki orqanizmlərinin məcmusu.
F.-u yaradan bitkilər öz həyat fəaliyyəti prosesində mühitin qorunmasına, yaxud dəyişməsinə təsir göstərir. Eyni zamanda F. biosenozun tərkib hissələrindən biri olub onun əsas xüsusiyyətlərini özündə əks etdirir.
Coğrafiya terminləri lüğəti