Antarktida materikində buzdan azad ərazilər.
Cənub yarımkürəsində yay fəslində materikin dənizsahili zolağında buzlar əriyir, süxurlar üzə çıxır. Belə sahələrə A.V. deyilir və onlar on km2-lərlə, bəzən yüz km2-lərlə ərazi tutur. A.V.-ndə xırda bitkilərdən ibarət qısamüddətli tundra landşaftı əmələ gəlir.
Coğrafiya terminləri lüğətiYer kürəsinin ən cənub zoocoğrafi və faunistik ərazisi.
A.Z.V.-nin heyvanlar və bitkilər üçün müxtəlif sərhədləri müəyyənləşdirilib. Zoocoğrafi ərazi Antarktida materikinin sahil zonasını, 60° c.e. dairəsindən cənubda yerləşən adaları və adalar qruplarını (Cənubi Georgiya, Cənubi Şetlend, Cənubi Orkney, Cənubi Sandviç, Buve, Kergelen və s.) əhatə edir. Burada quruda yaşayan məməlilər yoxdur, ancaq bəzi qurdlara, xərçənglərə, ilbizlərə və qanadsız həşəratlara təsadüf edilir. Quşlardan pinqvinlər, albatros və fırtına quşu geniş yayılıb. Materiksahili dayazlıqlarda suitilər, balıqlar yaşayır, açıq okeanda balinaların müxtəlif növlərinə rast gəlinir. A.Z.V.-nin faunistik ərazisi isə 40° c.e. dairəsindən cənuba tərəf əraziləri, o cümlədən Odlu Torpaq və Folklend adalarını əhatə edir. Bu vilayətin bitki növlərinin 75%-i endemikdir. 40-48° c.e. arasında həmişəyaşıl meşələr də mövcuddur, lakin cənuba doğru getdikcə bitki aləmi kasadlaşır və nəhayət, yoxa çıxır.
Coğrafiya terminləri lüğətiyun. anti – əks + yun. klisis – əyilmə
Qədim platforma sahələrində Yer qabığının tədricən qalxmış böyük hissələri.
A.-lər bəzən üfüqi istiqamətdə yüz min km2-lərlə ərazini tutur. Onların Kembriyəqədərki kristallik süxurlardan ibarət bünövrəsi səthə yaxın olur. A.-lər bir neçə geoloji dövr ərzində baş verən zəif şaquli tektonik hərəkətlər nəticəsində əmələ gəlir. Bunlar, əsasən, tektonik cəhətdən sabit platforma üzərində yerləşən yaylalardır: məsələn, Braziliya, Orta Sibir yaylaları və s.
See also:
Coğrafiya terminləri lüğətilat. antecedens – qabaqlayıram
Geoloji yaş baxımından yarıb keçdiyi yüksəkliklərdən daha qədim olan çay dərəsi.
A.D. keçmişdə çay dərəsi olmuş yerdə, sonradan Yer səthinin qalxması nəticəsində əmələ gəlir. Bu halda çayın eroziya fəaliyyəti Yer səthinin qalxma sürətini üstələyir və dərə öz dərinliyini saxlayır. A.D.-lər yaxın geoloji keçmişdə tektonik qalxmalara məruz qalmış dağlıq ölkələrdə yayılıb.
Coğrafiya terminləri lüğətiyun. anti – əks + yun. klino – əyilmə
Dağ süxurlarının qatlarının yuxarı əyildiyi qabarıq formalı qırışıqlıq.
Nisbətən cavan qabarmış süxurlara qanadlar, A.-ın mərkəzində qalan daha qədim süxurlara isə nüvə deyilir. Uzunluğu enindən xeyli çox olan A.-lar xətti, uzunluğu enini bir qədər üstələyən A.-lar braxiantiklinal, uzunluğu eninə bərabər olan A.-lar isə günbəz adlanır.
See also:
Coğrafiya terminləri lüğətiyun. anti – əks, klino – əyilmə + yun. oros – dağ
Yer qabığının qabarması nəticəsində yaranmış kələ-kötür, ümumilikdə antiklinal xarakter daşıyan mürəkkəb qırışıqlıq.
A.-un uzunluğu yüz, eni on kilometrlərlə ola bilər. Çox böyük A. meqantiklinorium adlanır. A. geosinklinal sahələr üçün xarakterikdir. A.-un oxu boyunca səthə çıxmış qədim çökmə, bəzən intruziv süxurlara təsadüf edilir. Azərbaycanda Tufandağ, Murovdağ, Qaradağ və s. A.-lara aiddir.
See also:
Coğrafiya terminləri lüğətiyun. anti – əks + isp. viento de pasada – külək
Tropik enliklərin troposferində passatların üstündə hava axınları.
A. Yer səthindən 3-10 km yüksəklikdə, əsasən, Şimal yarımkürəsində qərb və cənub-qərb, Cənub yarımkürəsində şimal-qərb istiqamətində əsir. Ümumilikdə A. qərb hava axınının tərkib hissəsini təşkil edir.
Coğrafiya terminləri lüğətiyun. anti – əks + yun. kyklon – fırlanan
Atmosferin yüksək təzyiq sahəsi ətrafında havanın genişmiqyaslı burulğanlı hərəkəti.
A. Şimal yarımkürəsində saat əqrəbi istiqamətində, Cənub yarımkürəsində isə onun əksinə əsən küləklər sistemidir. A.-un mərkəzində təzyiq daha yüksəkdir, kənara getdikcə tədricən azalır. Ümumi atmosfer dövranının bir hissəsi olan A. müxtəlif coğrafi enliklər arasında istilik mübadiləsinə şərait yaradır. Siklonlar kimi onların da əsas hərəkət istiqaməti qərbdən şərqə doğrudur. A.-un orta sürəti saatda 30-40 km-dir, diametri 3-5 min km-ə çatır, maksimum 7-8 gün davam edir. A. şəraitində hava yuxarıdan aşağıya doğru endiyi üçün quru və aydın olur.
See also:
Coğrafiya terminləri lüğətiİnsanların fəaliyyəti nəticəsində yaranan, ətraf mühitə və canlı aləmə təsir göstərən amillər.
Bu təsir təsadüfən, yaxud düşünülmüş şəkildə baş verir. A.A. fiziki (şumlama, zərbə və s.), kimyəvi (dərmanlama, qazlaşdırma və s.), bioloji (bakteriyalar yayma, yeni növlər yetişdirmə və s.), sosial (məskunlaşma və s.) xarakterli olur. A.A. təbiətin mühafizəsinə yönəldilə, yaxud onun çirkləndirilməsinə səbəb ola bilər.
Coğrafiya terminləri lüğətiİnsanların həyat və təsərrüfat fəaliyyəti nəticəsində təbii mühitə zərər yetirən fiziki, kimyəvi, bioloji maddələrin bu mühitə daxil olması, biosferə ziyan vurulması.
İnsanların təbii çirklənmənin tərkibinə və intensivliyinə bilavasitə, yaxud vasitəli təsiri də A.Ç. kimi qiymətləndirilir.
Coğrafiya terminləri lüğətiİnsanlar tərəfindən yaradılmış süni göllər, su anbarları.
A.G.-lərdən suvarmada, enerji istehsalında, balıqların, digər su heyvanlarının yetişdirilməsində istifadə olunur, onlar həmçinin şirin suyun qorunub saxlanılması, əhalinin istirahətinin təşkili və s. məqsədlərlə yaradılır. Planetin ən böyük su anbarlarına Volta (Qana), Smollvud (Kanada), Buxtarma (Qazaxıstan), Naser (Misir), Rıbinsk (RF) və s. daxildir. Azərbaycanda ən böyük su anbarı Kür çayı üzərində yaradılmış Mingəçevir su anbarıdır.
Coğrafiya terminləri lüğətiİnsanlar tərəfindən yaradılmış, yaxud onların fəaliyyəti nəticəsində dəyişdirilmiş landşaft.
A.L.-lar müxtəlif qruplara ayrılır. Onlara aiddir: dəmyə və suvarılan əkinlər; bağlar, parklar və süni meşələr; otlaq və biçənəklər; antropogen göllər; yaşayış məntəqələri, yol və kommunikasiyalar; sənaye və təsərrüfat obyektləri və s. Artan planet əhalisinin təbiətə təsir dairəsi genişləndikcə təbii landşaftların antropogen komplekslərlə əvəz olunması prosesi də sürətlənir. Müasir dövrdə landşaftların əksəriyyəti kifayət qədər ciddi antropogen təsirə məruz qalıb; məsələn, XXI əsrin əvvəlində Azərbaycanda artıq meşələrin 80%-dən çoxu insanlar tərəfindən tamamilə dəyişdirilmişdi. A.L. bir sıra lüğətlərdə mədəni landşaftın sinonimi kimi göstərilir. Əslində isə A.L. daha geniş termindir, belə ki, məqsədyönlü şəkildə dəyişdirilmiş landşaftla yanaşı, insanların düşünülməmiş fəaliyyəti nəticəsində dəyişmiş landşafları da əhatə edir.
Coğrafiya terminləri lüğəti