Reklam
Reklam

İbtidai siniflər üçün terminlər lüğəti

çərək not

Səslənmə uzunluğuna görə bütöv notun dörddə birinə bərabər olan not.

Çərək not iki səkkizlik nota və ya dörd onaltılıq nota bərabərdir.

İbtidai siniflər üçün terminlər lüğəti

çıxma

Riyazi əməllərdən biri: bir ədədin başqa bir ədədlə kəmiyyət fərqini bilmək üçün tətbiq olunan əməl.

Çıxma əməlinin komponentləri bunlardır: azalan, çıxılan, fərq.

 

               8    -    5    =    3

                      ↑              ↑                ↑

                  azalan   çıxılan       fərq

İbtidai siniflər üçün terminlər lüğəti