Alqoritmin bir növü: addımların ardıcıllığının müəyyən şərtdən asılı olduğu alqoritmlər.
Budaqlanan alqoritmlərin tərkibində bir və ya bir neçə məntiq mərhələsi olur. Bu mərhələdə müəyyən kəmiyyətlərin hər hansı bir şərti ödəyib-ödəmədiyi yoxlanılır və ona uyğun olaraq sonrakı gedişin istiqaməti seçilir. Yəni nəzərdə tutulan şərt ödənilirsə, bir istiqamətə, həmin şərt ödənilmirsə, başqa istiqamətə doğru hərəkət edilir. Beləliklə, alqoritmdə budaqlanma baş verir.
İbtidai siniflər üçün terminlər lüğəti1. Buruq-buruq dönərək qar və ya yağışla qarışıq əsən şiddətli külək; fırtına.
Burulğan zamanı hava sütun və ya qıf formasında fırlanaraq hərəkət edir. Burulğanın diametri bir neçə metrdən bir neçə yüz metrə çatır.

2. Suyun axında qapalı dairə üzrə fırlanan hərəkəti.
Belə burulğanlar çayların qarışması, yatağın genişlənməsi, axının maneəyə rast gəlməsi və s. nəticəsində yaranır. Suyun fırlanma sürəti böyük olduqda burulğanlar bəzən yüz metrlərlə dərinliyə enir. Burulğanlar kiçik gəmi və qayıqları sorub dərinliyə apara bilər.
