İnformasiyanı saxlayan, ötürən, qəbul edən, emal edən elektron qurğu, elektron hesablama maşını.
Müasir dövrdə kompüterlərin fərdi, notbok, netbuk, cib kompüteri, planşet və s. növləri vardır. Bu kompüterlərdə informasiya ilə işləmə imkanları da fərqlidir.

Bir dövlətin ictimai və dövlət quruluşunu, seçki sistemini, dövlət orqanlarının fəaliyyət və təşkilat prinsiplərini, vətəndaşların əsas hüquq və vəzifələrini müəyyən edən əsas qanun.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il 12 noyabr tarixli referendumda qəbul olunmuş və 1995-ci il noyabrın 27-dən qüvvəyə minmişdir.
İbtidai siniflər üçün terminlər lüğətiHər hansı dövlətin müəyyən məntəqəsində başqa bir dövləti təmsil edən şəxs, diplomat.
Konsul öz dövlətinin bu ölkədə yaşayan vətəndaşlarının hüquqlarını təmin edir. Səfirdən fərqli olaraq konsulun fəaliyyəti yerləşdiyi dövlətin bütün ərazisini deyil, yalnız bir hissəsini əhatə edir.
İbtidai siniflər üçün terminlər lüğətiMətndə hər hansı bir söz və ya ifadənin mənasını dəqiqləşdirmək imkanı verən bitmiş bir hissə.
Kontekst qismində bir və ya bir neçə cümlə çıxış edə bilər; məsələn, aşağıdakı cümlələrdən «qol» sözünün hansı mənada işləndiyini müəyyən etmək mümkündür:
1) Azarkeşlər hücumçunun qolunu ayaq üstə alqışladılar.
2) Çayın bir qolu da kəndimizin yaxınlığından axır.
3) Müdir müqaviləni diqqətlə oxuyub qol çəkdi.
İbtidai siniflər üçün terminlər lüğətiTembrinə görə ən qalın səsli simli-kamanlı alət.
Kontrabas violonçel ilə müqayisədə iki dəfə böyükdür. İfaçı bu alətdə çalmaq üçün ya ayaq üstə dayanmalı, ya da hündür kətil üzərində əyləşməlidir. Simfonik, estrada və caz orkestrlərində geniş istifadə edilir.
