Reklam
Reklam

1. Ərazisi (coğrafi mövqeyi)

Albaniya Cənub-Şərqi Avropada, Balkan yarımadasının cənub-qərbində yerləşir. Şimaldan Monteneqro, şimal-şərqdən Kosovo, şərqdən Şimali Makedoniya, cənubdan Yunanıstan və qərbdən Adriatik İon dənizləri ilə əhatələnmişdir.

2. Dövlət quruluşu

Parlament respublikasıdır. Hazırda (2025-ci il) prezident Bajram Begaj, Baş nazir isə Edi Ramadır. Prezident dövlət başçısıdır, əsasən simvolik rol oynayır, Baş nazir isə hökümətə rəhbərlik edir və icraedici hakimiyyətin başçısıdır.

3. İqtisadiyyatı

İqtisadiyyatı inkişaf etməkdə olan bazar iqtisadiyyatı kimi xarakterizə olunur. Ölkə, əsasən xidmətlər, kənd təsərrüfatı və sənaye sahələrinə əsaslanır. Əsas ixrac məhsulları: xrom, neft, tekstil, kənd təsərrüfatı məhsullarıdır. Əsas ticarət tərəfdaşları isə İtaliya, Yunanıstan, Çin, Almaniya Türkiyədir.

4. İqlimi və təbiəti

Ölkə Aralıq dənizi iqliminə malikdir. Bu iqlimə görə, yaylar isti və quru, qışlar isə mülayim və yağışlı keçir. Təbiəti dağlar, meşələr, çaylar və göllərlə zəngindir. Ölkənin 70%-dən çoxu dağlıq ərazilərdən ibarətdir. Ən hündür zirvəsi Korab dağıdır (2,764 m). Adriatik İon dənizlərinə çıxışı var. Ən böyük çayları Drin, Seman, Vjosa Ohriddir. Prespa Şkodra kimi böyük gölləri var.

5. Görməli yerləri

Butrint Milli Parkı, Cirokastra Berat tarixi şəhərləri UNESCO irsi siyahısındadır. Ksamil çimərlikləri və Valbona vadisi də turistlərin diqqətini çəkir.

6. Təhsil sistemi

Təhsil 3 mərhələlidir: məcburi ibtidai və orta təhsil (9 il), peşə və texniki təhsil (3 il), ali təhsil (bakalavr, magistratura, doktorantura). Təhsil sistemi Avropa standartlarına uyğunlaşmaqdadır və "Bolonya prosesi" çərçivəsində fəaliyyət göstərir.

Ölkənin əsas universitetlərinin siyahısı: Tirana Universiteti, Politeknik Universiteti, Tibb Universiteti, Zemal Skanderbeq Müdafiə Universiteti, Avropa Universiteti, Yeni Albaniya Universiteti.

7. Mədəniyyəti

Mədəniyyəti müxtəlif dövrlərdə Osmanlı, Roma və Bizans təsirlərini özündə birləşdirir. Folklor musiqisi, alətlərdən "çifteli" və "lahuta", ənənəvi rəqsləri və milli geyimləri ilə zəngindir. İslam və Xristianlıq dinlərinin təsiri memarlıq, incəsənət və adət-ənənələrdə öz əksini tapır. Məşhur "besa" (şərəf kodeksi) və qonaqpərvərlik mədəniyyətin ayrılmaz hissəsidir. Albaniya xalçaları, əl işləri və milli mətbəxi də mədəni irsin önəmli elementlərindəndir.