Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

abreviatur

ital. abbreviatura < abbreviare < brevis – qısa

Sözlərin baş hərflərini və ya hissələrini saxlamaqla dü­zəl­dilmiş ixtisar.

Abreviaturlar müxtəlif yollarla formalaşır:

– sözlərin yalnız birinci hərfini saxlamaqla: BMT (Birləşmiş Millətlər Təşkilatı), KİV (kütləvi informasiya vasitələri), m (metr), t (ton);

– sözlərin müəyyən hissəsini saxlamaqla: telestudiya (tele­viziya studiyası), akad. (akademik);

– sözün ilk və son hərflərini saxlamaqla: d-r (doktor);

– ölçü vahidi bildirən sözlərin tərkib hissələrinin müəyyən hərflərini saxlamaqla: sm (santimetr), kq (kiloqram), mb (meqabayt).

Abreviaturlara əlavə edilən şəkilçilər onların tələffüzünə uyğunlaşdırılır: AMEA-dan, NATO-ya, MDB-nin və s.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti