Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

aktualizm

lat. aktualis – müasir

1. Qədim geoloji proseslərin təbiət hadisələri haqqında müasir biliklər əsasında öyrənilməsini və izahını zəruri hesab edən nəzəriyyə.

2. Yerin inkişaf tarixinin və geoloji proseslərin elmi şəkildə öyrənilməsi üçün tətbiq olunan metod.

A. metodu “müasirlik – keçmişin dərk edilməsi üçün açardır” prinsipinə və keçmiş dövrlərdəki geoloji proseslərin müasir geoloji proseslərə oxşarlığına əsaslanır. Bu metodun əsas ideyasını XVIII əsr şotland geoloqu Ceyms Hatton verib. 1830-cu ildə ingilis geoloqu Çarlz Layell həmin ideyanı inkişaf etdirib. Hazırda A. metodu ilə müasir geoloji proseslər və onların nəticələri (çöküntülər, vulkan məhsulları, relyef və s.) keçmişdə baş vermiş geoloji proseslərlə əlaqəli şəkildə hərtərəfli öyrənilir.

Coğrafiya terminləri lüğəti