Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

akustika

yun. akustikos – eşidilən

1. Səsləri, o cümlədən səs dalğalarını, səs hadisələrini və onların digər fiziki hadi­sə­lərlə qarşılıqlı əlaqəsini öyrənən elm sa­həsi.

XX əsrin ikinci onilliyində səsin güc­lən­dirilməsi texnologiyalarının inkişafı radio verilişləri şəbəkəsinin geniş yayıl­ma­sına təkan verdi.

2. Hər hansı qapalı məka­nın (studiya, pavilyon və s.) öz daxilində səsi əksetdirmə qabiliyyəti.

Səslərin yazıl­dığı və ya efirə verildiyi məkanlarda küy­lə­rin, digər akustik maneələrin ya­ran­maması üçün divarlar, tavan, döşəmə, bəzi ava­dan­lıqlar xüsusi örtüyə malik olur.

3. Televiziya və radio verilişinin səs atmos­feri.

Te­levi­zi­ya­da lazımi səs atmosferi yaratmaq üçün çəkiliş, yaxud montaj zamanı görüntünün miqyası ilə səs mən­bə­yi arasındakı məsafə uyğunlaşdırılır: məsə­lən, ön plan səs mən­bəyinin yaxınlıq­da, arxa plan isə nisbətən uzaqda yerləş­diril­mə­sini tələb edir.

Jurnalistika terminləri lüğəti