yun. akustikos – eşidilən
1. Səsləri, o cümlədən səs dalğalarını, səs hadisələrini və onların digər fiziki hadisələrlə qarşılıqlı əlaqəsini öyrənən elm sahəsi.
XX əsrin ikinci onilliyində səsin gücləndirilməsi texnologiyalarının inkişafı radio verilişləri şəbəkəsinin geniş yayılmasına təkan verdi.
2. Hər hansı qapalı məkanın (studiya, pavilyon və s.) öz daxilində səsi əksetdirmə qabiliyyəti.
Səslərin yazıldığı və ya efirə verildiyi məkanlarda küylərin, digər akustik maneələrin yaranmaması üçün divarlar, tavan, döşəmə, bəzi avadanlıqlar xüsusi örtüyə malik olur.
3. Televiziya və radio verilişinin səs atmosferi.
Televiziyada lazımi səs atmosferi yaratmaq üçün çəkiliş, yaxud montaj zamanı görüntünün miqyası ilə səs mənbəyi arasındakı məsafə uyğunlaşdırılır: məsələn, ön plan səs mənbəyinin yaxınlıqda, arxa plan isə nisbətən uzaqda yerləşdirilməsini tələb edir.
Jurnalistika terminləri lüğəti