Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

amerika dəvəquşuları

lat. rheidae

Dəvəquşular dəstəsindən quş fəsiləsi.

Hündürlüyü 1,7 m, çəkisi 25 kq-dək olan uçmayan quşlardır. A.D. çöllərdə və Cənubi Amerikanın meşələrində dolaşırlar. A.D. yaxşı qaçır. Onun dalınca ən yaxşı qaçan at belə çata bilmir. Adi addımı 50-60 sm-dir. A.D. qaçarkən 3,5 metr məsafəyə tullanır. Amerikada 2 növü yayılmışdır: adi A.D. (şimal nandusu) və Darvin nandusu (uzundimdik A.D.).

See also:

Biologiya terminlərinin izahlı lüğəti