Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

nandu

lat. rheidae

Dəvəquşular dəstəsindən quş fəsiləsi.

Hündürlüyü 1,7 m, çəkisi 25 kq-dək olan uçmayan quşlardır. N.-lar çöllərdə və Cənubi Amerikanın meşələrində dolaşırlar. N. yaxşı qaçır. Onun dalınca ən yaxşı qaçan at belə çata bilmir. Adi addımı 50-60 sm-dir. N. qaçarkən 3,5 metr məsafəyə tullanır. Amerikada 2 növü yayılmışdır: adi N. (şimal N.-su) və Darvin N.-su (uzundimdik N.).

See also:

Biologiya terminlərinin izahlı lüğəti