Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

aqrosenoz

lat. agros – tarla, əkin yeri + lat. koinos – ümumi

İnsan fəaliyyəti nəticəsində yaradılmış və qorunub saxlanılan kənd təsərrüfatı istiqamətli biogeosenoz.

A. tarlalardan, bağlardan, plantasiyalardan, suvarılan və süni otlaqlardan və s.-dən ibarətdir. Süni A. təbii senoza nisbətən daha yüksək məhsuldarlığa malikdir: quru sahəsinin 11%-ə qədərini əhatə edən A.-lar planetin ərzaq enerjisinin 90%-ə qədərini yaradır.

Coğrafiya terminləri lüğəti