Yer kürəsinin Şimal qütbü ətrafında formalaşmış təbii zona.
A.S., əsasən, Şimal Buzlu okeanı sahillərində yerləşən ərazilərdə yayılıb. Burada daimi qar xətti dəniz səviyyəsinə enir, qurunun böyük hissəsi buzlarla örtülüdür. A.S.-da orta aylıq temperatur fevralda -60°C, iyulda +3°C olur, orta illik yağıntılar 400 mm-ə çatır, canlı aləm çox kasıbdır. Belə səhralarda bitkilərdən seyrək halda mamır və şibyələrə, dəniz canlılarından morjlara, suitilərə və s.-yə rast gəlinir.
Coğrafiya terminləri lüğəti