“Arxalı köpək qurd basar deyimi” var. Qaynaqlarda arxa sözünün bir mənası “защитник” kimi açıqlanıb. Arxayın kəlməsi də həmin sözdən törəyib. Güman edirəm ki, arxac kəlməsi də yuxarıdakı sözlə kökdaşdır: qoyunu arxacda yatırdılar, çünki “arxac gün düşməyən yer” deməkdir, kölgəlikdir, gündən qorunmaq yeridir. Sözün ən qədim və ilkin mənası isə “dal” deməkdir. Digər mənalar sonradan törəmədir. “Yeddi arxa dönən” deyirik, arxa həm də “nəsil” (поколение) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti