Reklam
Reklam

Etimologiya lüğəti

arxa

“Arxalı köpək qurd basar deyimi” var. Qaynaqlarda arxa sözünün bir mənası “защитник” kimi açıqlanıb. Arxayın kəlməsi də həmin sözdən törəyib. Güman edi­rəm ki, arxac kəlməsi də yuxarıdakı sözlə kökdaşdır: qoyunu arxacda yatır­dılar, çünki “arxac gün düşməyən yer” deməkdir, kölgəlikdir, gündən qorunmaq yeridir. Sözün ən qədim və ilkin mənası isə “dal” deməkdir. Digər mənalar sonra­dan törəmədir. “Yeddi arxa dönən” deyirik, arxa həm də “nəsil” (поколение) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti