Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

arxetip

yun. arche – başlanğıc + yun. typos – iz, obraz

1. İlkin obraz, orijinal; mə­də­niyyətin əsasını təşkil edən və nəsildən nəslə ötürülən simvol.

Jurnalistikada ­­A.-lərdən auditoriyanın hislərinə təsir et­mək, onu inandırmaq məqsədilə geniş isti­fadə olunur. Sonunda işıq görünən tunellə hə­rəkət edən qatar, dimdiyində zeytun budağı tut­muş ağ göyərçin kimi sadə fo­to­şəkillərin xüsusi populyarlığı məhz onların A.-lərlə sıx bağlı olmasından irəli gəlir. Məqalələrin başlıqlarında, ve­ri­lişlərin ­ad­larında «ocaq», «vətən» kimi A.-lərə ­­tez-tez rast gəlinir. Bu baxımdan A. jurna­listikada, reklamçılıqda, pablik rileyşnz ­in­­for­ma­siyanın auditori­yaya ötürülməz­dən əvvəl emalının, media ob­razlarının yara­dıl­masının mühüm alqoritmi rolunu oy­nayır.

2. Ədəbiyyatda, me­­diada tez-tez təkrar­lanan, insanlara tanış olan obrazlar, sü­jetlər, motivlər.

Belə ob­raz və süjetlər vasitəsilə (məsələn, karika­turalarda) cə­miyyətin heç vaxt gör­mədiyi, çı­xışını eşit­mədiyi insanlar haq­qında güclü ictimai rəy formalaşdırıla bilər. 

Jurnalistika terminləri lüğəti