Dünya okeanının təxminən 30-35° şimal enlikləri və 30-35° cənub enlikləri arasında qalan sahəsi.
Ekvatorda qızaraq yuxarı qalxmış hava kütlələri bu enliklərə yaxın ərazilərdə aşağı enir, yüksək təzyiq sahəsi və güclü antisiklonlar yaradır. Quruda ən isti səhralar, suda isə çox zəif küləkli, yaxud tamamilə küləksiz havalar bu zonaya təsadüf edir. A.E. termini Böyük Coğrafi kəşflər dövründə yaranıb. Avropadan Amerikaya üzən yelkənli gəmilər okeanın bu hissəsində küləksiz havada günlər, həftələrlə, demək olar ki, yerlərindən tərpənmirdilər. İçməli su və yem çatışmadığı üçün dənizçilər özləri ilə müstəmləkələrə apardıqları atları dənizə atırdılar. Buna görə okeanların daxili subtropik antisiklon sahələri belə adlandırılıb.
Coğrafiya terminləri lüğəti