Reklam
Reklam

Etimologiya lüğəti

balaq

Şalvarın ayaq hissəsinin qatlanıb tikilməsinə “balaq” (fransızca: manjeta) deyirik. Bu, belə yaranıb: Ba feili (indi müstəqil işlədilmir) üzərinə şəkilçisi ar­tır­maqla bağ ismi düzəlib, ona da –laq şəkilçisi artırılıb. Sonra –ğ tələffüzdə re­duksiya olunub (bunun təsiri orfoqrafiyaya da keçib) və söz balaq (bələk də bu yolla yaranıb) şəklinə düşüb. Deməli, balaq kəlməsi bağlaq sözünün dəyişilmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti