Şalvarın ayaq hissəsinin qatlanıb tikilməsinə “balaq” (fransızca: manjeta) deyirik. Bu, belə yaranıb: Ba feili (indi müstəqil işlədilmir) üzərinə -ğ şəkilçisi artırmaqla bağ ismi düzəlib, ona da –laq şəkilçisi artırılıb. Sonra –ğ tələffüzdə reduksiya olunub (bunun təsiri orfoqrafiyaya da keçib) və söz balaq (bələk də bu yolla yaranıb) şəklinə düşüb. Deməli, balaq kəlməsi bağlaq sözünün dəyişilmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti