Reklam
Reklam

Tarix terminləri lüğəti

banda

ital. banda – dəstə

1. Mütəşəkkil cinayətkar dəstə, qeyri-qanuni hərbi birləşmə.

Geniş mənada müxtəlif çirkin əməllər törətmək məqsədilə yaradılmış bütün birləşmələr, o cümlədən siyasi qurumlar B. adlanır; məs.: bolşeviklər B.-sı, nasist B.-sı və s.

2. Erkən orta əsrlərdə Bizans ordusunda əsas döyüş vahidi.

Hər piyada B.-sında 200–400, süvari B.-sında isə 50–100 döyüşçü olub.

Tarix terminləri lüğəti