ital. banda – dəstə
1. Mütəşəkkil cinayətkar dəstə, qeyri-qanuni hərbi birləşmə.
Geniş mənada müxtəlif çirkin əməllər törətmək məqsədilə yaradılmış bütün birləşmələr, o cümlədən siyasi qurumlar B. adlanır; məs.: bolşeviklər B.-sı, nasist B.-sı və s.
2. Erkən orta əsrlərdə Bizans ordusunda əsas döyüş vahidi.
Hər piyada B.-sında 200–400, süvari B.-sında isə 50–100 döyüşçü olub.
Tarix terminləri lüğəti