Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

banner

ing.  banner – bayraq

1. Reklam xarakterli qrafik təsvir.

B.-lər müştəriləri cəlb etmək, onlara lazımi informasiyanı çatdırmaq və müsbət imic yaratmaq məq­sədi daşıyır. Belə qrafik təsvirlər çap KİV-də dərc olunur, televiziya ilə nümayiş etdirilir, yaxud ictimai yerlərdə, müəyyən təd­bir­lərdə reklam daşıyıcılarının üzərinə ya­pış­dırılır. 

2. Şəbəkədə ən çox yayılmış reklam formatlarından biri.

Çap mediasında ­ol­duğu kimi,  internetdə də B. qrafik təs­virdən ibarətdir. Lakin belə təsvir ani­ma­siya (nadir hallarda video) elementl­ərinə malik ola, yaxud əlavə informasiya daşıyan səhifə və ya saytlara keçid funksiyası yerinə yetirə bilər. Statik B.-lər – əlavə elementləri olma­yan, hərəkətsiz qrafik təsvirlərdir. Dinamik B.-lərdə isə təsvir tıklamaqla hərəkətə gətirilir, yaxud kadrlar müəyyən fasilələrlə bir-birini avtomatik əvəzləyir. Bunlara GIF-B.-lər (dəyişən rastr kadrların ardıcıllığı) və Adobe Flash proq­ramında yaradılan Flash-B.-lər misal ola bilər. Flash texnologiyası səs effekt­lə­rindən istifadə etməyə, habelə interaktiv B-lər. yaratmağa imkan verir.

Jurnalistika terminləri lüğəti