Yükdaşıyan, yükçəkən; ağır şeyləri daşıyan, qaldıran (adətən, klassik şeirdə dərdə, möhnətə, mənəvi əzablara dözən mənasında işlənir):
Mən olmuşam dərd-qəmin barkəşi,
Qəmdən tikdirmişəm nə qalam indi,
İstədim ki, yara bir namə yazım,
Nə mürəkkəb tapdım, nə qələm indi.
(“Abbas və Gülgəz”)
*
Allahı sevirsiz, verin xəbər siz,
O hicran barkeşi Xəzangülümdən.
(“Dilsuz və Xəzangül”)
Azərbaycan dastanlarının leksikası