1. Üzərinə müxtəlif naxışlar, rəng və s. basılmış. □ Basma çit. Basma sətin. Basma kəlağayı.
2. İsim kimi: parça üzərində naxış. □ Qanovuz köynəyin atlaz çutqusu; Yaşıl basmaları nə gözəl imiş. (Aşıq Abbas)
1. Arxaizm. Çap edilmiş, mətbəə və ya basma üsulu ilə hazırlanmış; mətbu (əlyazma əksi). □ Basma kitab.
2. Basılmış, sıxılmış şey; kərpic şəklində sıxılıb, qurudulmuş mal təzəyi.
Yazı qurulayan kağız, suçəkən kağız; yazını qurutmaq üçün üzərinə hopdurucu kağız parçası keçirilmiş alət; pres. □ Bəli, uzun sözün qısası, yazdım bu hekayəni, basma ilə quruladım. (Ə.Əliyev)
Bir-birinin içinə keçirməklə bağlanan.
Dialekt. Buxarı və ya ocaq bacasının kənarı.
Dialekt. Kömür hazırlamaq üçün yığılmış odun qalağı.
Dialekt. Balaca çay və arxlardan keçmək üçün suya tökülən şax budaq; şax və çırpıdan qayrılan körpü.
Saç boyamaq üçün rəng. □ O, başına həmişə basma qoyardı.
Tarix. Rusiyada monqol-tatar istilası dövründə üzərində tatar xanının şəkli olan möhür.
Azərbaycan dilinin izahlı lüğəti