Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

basma1 [basma] sifət

1. Üzərinə müxtəlif naxışlar, rəng və s. basılmış. Basma çit. Basma sətin. Basma kəlağayı.

2. İsim kimi: parça üzərində naxış. Qanovuz köynəyin atlaz çutqusu; Yaşıl basmaları nə gözəl imiş. (Aşıq Abbas)

basma2 [basma] isim

1. Arxaizm. Çap edilmiş, mətbəə və ya basma üsulu ilə hazırlanmış; mətbu (əlyazma əksi). Basma kitab.

2. Basılmış, sıxılmış şey; kərpic şəklində sıxılıb, qurudulmuş mal təzəyi.

basma3 [basma] isim

Yazı qurulayan kağız, suçəkən kağız; yazını qurutmaq üçün üzərinə hopdurucu kağız parçası keçirilmiş alət; pres.Bəli, uzun sözün qısası, yazdım bu hekayəni, basma ilə quruladım. (Ə.Əliyev)

basma4 [basma] sifət

Bir-birinin içinə keçirməklə bağlanan.

basma5 [basma] isim

Dialekt. Buxarı və ya ocaq bacasının kənarı.

basma6 [basma] isim

Dialekt. Kömür hazırlamaq üçün yığılmış odun qalağı.

basma7 [basma] isim

Dialekt. Balaca çay və arxlardan keçmək üçün suya tökülən şax budaq; şax və çırpıdan qayrılan körpü.

basma8 [basma] isim

Saç boyamaq üçün rəng.O, başına həmişə basma qoyardı.

basma9 [basma] isim

Tarix. Rusiyada monqol-tatar istilası dövründə üzərində tatar xanının şəkli olan möhür.

Azərbaycan dilinin izahlı lüğəti