Ərəb sözüdür, bizdə onun yerinə ət sözü işlədilib (ətuz forması da mövcud olub). Belə bir cümlə də var: yağın boldı ersə, etuz cangüdaz (düşmənin varsa, bədənini və canını qoru). Sonra bədən kəlməsi ət sözünü sıxışdırıb və ikinci kəlmə “мясо” mənasında (yəni yeni mənada) yaşamaq hüququ qazanıb. İçuk (kiçik vəhşi heyvanların dərisi), ətik (belə dəridən ev içində geymək üçün hazırlanmış yumşaq ayaqqabı) sözləri də ət kəlməsi ilə qohum olub. Türk dillərində bədən əvəzinə gödən (gövdə) sözü də işlədilmişdir, görünür, bədənin təhrifi ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti