Reklam
Reklam

Etimologiya lüğəti

bədən

Ərəb sözüdür, bizdə onun yerinə ət sözü işlədilib (ətuz forması da mövcud olub). Belə bir cümlə də var: yağın boldı ersə, etuz cangüdaz (düşmənin varsa, bədənini və canını qoru). Sonra bədən kəlməsi ət sözünü sıxışdırıb və ikinci kəl­mə “мясо” mənasında (yəni yeni mənada) yaşamaq hüququ qazanıb. İçuk (kiçik vəhşi heyvanların dərisi), ətik (belə dəridən ev içində geymək üçün hazır­lan­mış yumşaq ayaqqabı) sözləri də ət kəlməsi ilə qohum olub. Türk dil­lə­rində bədən əvəzinə gödən (gövdə) sözü də işlədilmişdir, görünür, bədənin təhrifi ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti