Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

biont

yun. biontos – yaşayan

1. Təkamül prosesində müəyyən mühitdə yaşamağa alışmış orqanizm.

B.-lar aerobiontlara (quruda və havada yaşayanlar), hidrobiontlara (suda yaşayanlar), geobiontlara (torpağın altında yaşayanlar) və parazitlərə (başqa orqanizmdə yaşayanlar) bölünürlər.

2. Müstəqil həyat tərzi sürə bilən orqanizm və ya onun bir hissəsi.

Məsələn, bəzi heyvanların bütöv orqanizmdən qırıldıqdan sonra ayrıca həyat sürə və inkişaf edə bilən hissələri B. adlandırılır.

Coğrafiya terminləri lüğəti