Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

buxarlanma

Su, qar, buz, bitki və torpağın səthindən qalxan su buxarının atmosferə keçməsi.

B. böyük sürətlə hərəkət edən molekulların səthdən ayrılması nəticəsində yaranır. Eyni zamanda qopmuş molekulların bir qisminin buxarlandırıcı səthə qayıtması baş verir. Mahiyyət etibarilə B. maye və kristallardan ayrılan molekullarla geri qayıdan molekullar arasındakı fərqin məhsuludur. B. temperatur və rütubətdən (temperatur yüksəldikcə B. artır, rütubət artdıqca – azalır), habelə su mənbələrinin bolluğu, torpağın tərkibi, bitki örtüyünün sıxlığı kimi digər amillərdən asılıdır. B. atmosferdə su buxarının yeganə mənbəyidir və Yer səthində enerjinin sərf olunmasının mühüm mexanizmlərindən biridir.

See also:

Coğrafiya terminləri lüğəti