Büzüşmək feili ilə qohumdur. “Suyun üzünün soyuqdan büzüşməsi” deməkdir. Mənbələrdə feil kimi verilib və rus dilində “замерзать” kimi tərcümə olunub. “Ər tumluqta buzti” cümləsi də verilib: kişi soyuqda dondu. Sözün “soyuq” mənası da var və sifət bildirdiyindən dərəcə əlaməti də qəbul edir: bumbuz! Deməli, buz sözü həm feil, həm isim, həm də sifət kimi formalaşıb. Başqa yozuma görə sözün etimonu bu feilidir, buy və buz (замерзать; застывать) formalarına malik olub. Buy feili Bakı dialektində indi də “donmaq” mənasını verir: Buyuxdum, yəni “soyuqdan dondum”. Buz ad –feil omonimi kimi işlədilib: həm “лед” həm də “застывать, замерзать” mənalarını verən söz olub. Buz sözünün “sındırmaq” mənası da olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti