Reklam
Reklam

Etimologiya lüğəti

buz

Büzüşmək feili ilə qohumdur. “Suyun üzünün soyuqdan büzüşməsi” deməkdir. Mənbələrdə feil kimi verilib və rus dilində “замерзать” kimi tərcümə olunub. “Ər tumluqta buzti” cümləsi də verilib: kişi soyuqda dondu. Sözün “soyuq” mənası da var və sifət bildirdiyindən dərəcə əlaməti də qəbul edir: bumbuz! Deməli, buz sözü həm feil, həm isim, həm də sifət kimi formalaşıb. Başqa yozuma görə sözün eti­mo­nu bu feilidir, buybuz (замерзать; застывать) formalarına malik olub. Buy feili Bakı dialektində indi də “donmaq” mənasını verir: Buyuxdum, yəni “so­yuq­dan dondum”. Buz ad –feil omonimi kimi işlədilib: həm “лед” həm də “зас­ты­вать, замерзать” mənalarını verən söz olub. Buz sözünün “sındırmaq” mənası da olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti